Bu rayonların icra başçıları yola salınır?
Bu rayonların icra başçıları yola salınır?
Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.
Modern.az saytına daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz Rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax Şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.
Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədovla əlaqə saxlayıb.
Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.
"Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq".
Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.
Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. /oxu.az

Azercell yeni nəsil "Alfa Plan" tariflərini təqdim edir
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Yeni mövsümə hazırlaşan "Sumqayıt"ı kimlər sınağa çəkəcək?
Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA
Paşinyan Rusiyaya getdi
İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu vurdu
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü