"Bu, Rusiyanın dənizə nəzarətini zəiflətdi, Kreml məğlubiyyətə doğru gedir" - ÖZƏL
Bu günlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" kreyserinin sıradan çıxarılmasına dair məlumatlar yayılıb. Belə ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu təsdiqləyib. Nazirliyin bu gün yaydığı məlumatda isə gövdədəki sursatların partlaması nəticəsində yanğın baş verdiyi və fırtına səbəbindən isə batdığı bildirilib. Onu da qeyd etmək yerinə düşər ki, kreyserin sıradan çıxarılması Moskva üçün Ukrayna müharibəsi başlayandan indiyə qədər ən bahalı itki olub.
Bəs görəsən, "Moskva" kreyserinin sıradan çıxarılması müharibənin gedişində dönüş ola bilərmi? Yəni bu hadisədən sonra Rusiyanın geri çəkilməsi ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, "Moskva" kreyseri Rusiya hərbi donanmasının ən yaxşı gəmilərindən biri idi:
"Bu gəmi raket kreyseri idi və Ukraynanın raket atəşinə tutulmasında önəmli rol oynayırdı. "Moskva" kreyserinin sıradan çıxarılması ilə Rusiyanın raket gücü xeyli azalmış oldu. Üstəlik bu hadisə Rusiyanın dənizə nəzarətini də zəiflətmiş oldu. Rusiya Ukraynada hər nə qədər qələbə qazanmaq istəsə də, buna nail ola bilməyəcək. Putin hələ də başa düşmür ki, bütün Qərb ona qarşı güclərini birləşdirib. Qərbin bütün potensialı Rusiyaya qarşı çevrilib. Şimal qonşumuz artıq müharibə cinayətlərində günahlandırılır. Siyasi rəhbərliyin bir çoxunun gələcəkdə hərbi tribunala cəlb edilməsi işi real görünür".
Politoloqun fikrincə, bu hadisə Rusiyaya baha başa gələcək:
"Bütün bunlara baxmayaraq, Rusiya Ukraynadan əl çəkmək istəmir və döyüş hədəfləri daha da genişləndirilir. Daha əvvəl "Admiral" adlı kreyserin, indi isə "Moskva" kreyserinin sıradan çıxarılması Rusiyanın Qara dəniz donanmasına vurulan çox böyük zərbədir. Bu hadisə növbəti mərhələdə işğalçı Rusiyaya qarşı yeni zərbələrin vurulmasına gətirib çıxaracaq. Rusiya məğlubiyyətə doğru yaxınlaşır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq