Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq
Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq
İstehsalat müəssisələri kimi, iaşə obyektlərində də mühafizə zolağı olmalıdır.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilənlər də var:
"Nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsi qaldırıla bilər. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır.
Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər.
Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki, gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır".
"Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik.
Həmin vaxt tüstünün həddi normadan çox olarsa, biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq", - deyə V. Kərimov qeyd edib.
İlhamə Əbülfət /oxu.az

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi