Bu şəxslərin pensiyası övladına veriləcək
Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır.
azxeber.com bildirir ki, qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya – məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir.
Yəni, şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca-alrı ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əməkhaqqı və yığılan pensiya kapitalı nəzərə alınır, daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır.
Əlavə olaraq, qeyd etmək lazımdır ki, hər iki valideynini itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa 23 yaşına qədər, əlilliyi varsa əlillik müddəti ərzində ödənilə bilər. Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir.
Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna edilir. Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır.
/Nocomment.az
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı