Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi' - Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqda

Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi' - Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqdaKremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığını vacib adlandırıb. O, bugünkü brifinqdə dövlət başçıları arasında telefon danışığının gerçəkliyini təsdiqləyərək bildirib ki, Prezident Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. 
Politoloq Tofiq Abbasov azxeber.com-a bildirib ki, iki ölkə arasında soyuq münasibətlər uzun müddətdir ki, davam edir:
"Təyyarə qəzasından sonra münasibətlərdə bir qədər soyuqluq yaranıb. Eyni zamanda, etimad mühiti də müəyyən qədər zəifləyib, ancaq bununla barışmaq, razılaşmaq qətiyyən olmaz. Çünki söhbət iki tərəfdaş dövlətdən və qonşu xalqdan gedir. Münasibətlərin gərginləşməsi nə Rusiya, nə də Azərbaycan üçün müsbət nəticə vəd etmir. Ona görə də bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi". 
Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi' - Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqdaPolitoloq deyib ki, Prezident İlham Əliyevin atdığı addım çox ağıllı və praqmatik qərardır: 
"İlham Əliyevin sözügedən addımı tədirəlayiqdir. Bu, təkcə şəxsi münasibətlərə aid bir məsələ deyil, həm də millətlərarası, dövlətlərarası və xalqlararası əlaqələrə yeni bir aydınlıq gətirən addımdır. Belə situasiyada sadəcə "Bravo, İlham Əliyev!" demək lazımdır. İki ölkə arasında mühüm münasibətlər mövcuddur. Nəqliyyat, enerji, yükdaşımalar, Xəzər regionundakı birgə layihələr — bunların hamısı strateji əhəmiyyət daşıyır və şübhə altına alınmamalıdır".
Ekspert qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların sayı çoxdur və bəzi proseslər onların da maraqlarına toxunur:
"Təyyarə qəzasından sonra Rusiya miqrasiya xidmətlərinin və hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri azərbaycanlılara qarşı qərəzli yanaşmalar sərgilədi, onlara problemlər yaratdı. Halbuki qəza ilə bağlı məsuliyyət bizdə deyildi. Səhv, günah Rusiya tərəfində idi. Onlar həm üzr istəməli, həm istintaq aparmalı, həm də günahkarları müəyyən edib cəzalandırmalı idilər. Həmçinin zərərçəkənlərə kompensasiya ödənilməli idi. Təəssüf ki, bunların heç biri baş vermədi və ya baş verdiyi halda, Azərbaycan tərəfinə bu barədə rəsmi məlumat verilmədi. Bu, düzgün yanaşma deyil və belə bir münasibət qeyri-sağlam məntiqdən xəbər verir".
T.Abbasov əlavə edib ki, Azərbaycan Prezidentinin atdığı bu addım rəsmi Bakının böyük barışığın tərəfdarı olduğunu göstərir:
"Bu yaxınlarda Həştərxanda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirildi, sənədlər imzalandı və görüşdə nikbin ruh hiss olunurdu. Bu nikbinliyi qorumaq və möhkəmləndirmək lazımdır"-, deyə politoloq vurğulayıb. 
Politoloq Zaur Məmmədov isə azxeber.com-a bildirib ki, Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür:
"Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. Ölkənin xarici siyasətində regional əməkdaşlıq və qonşu dövlətlərlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan heç vaxt region ölkələrinə qarşı kənar qüvvələrin məkirli siyasətində iştirak etməyib. Lakin bəzən qonşu dövlətlər tərəfindən Azərbaycana qarşı birtərəfli yanaşmalar nümayiş olunur ki, bu da müəyyən ziddiyyətlərə səbəb olur".
Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi' - Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqdaEkspert deyib ki, Azərbaycan bərabər tərəfdaşlıq və qarşılıqlı anlayış prinsipinə sadiqdir:
"Azərbaycan qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı da bu baxımdan çox önəmlidir. Böyük ehtimalla, söhbət zamanı bir sıra vacib məqamlara toxunulub. Ehtimal edirəm ki, yaxın günlərdə bu danışıqların müsbət nəticələri özünü göstərəcək".
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.
Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi' - Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqda

Siyasi       Tarix: 08 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər ən son xəbərlər hava proqnozu xeberler