Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMAHazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
"Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil".
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
"Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur. Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq". / azxeber.com

Sosial       Tarix: 28 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini

Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb. İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığ

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 2026/2027-ci tədris ilind

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber cəbhədən video cəbhədən son xəbərlər bugünki xəbərlər