Bu təlxək Qarabağa gəlsə, sərt cavabı veriləcək

Bu təlxək Qarabağa gəlsə, sərt cavabı veriləcəkSual ortaya çıxır, görəsən Qarabağda sülhməramlı missiyasını yerinə yetirməli olan Rusiya hərbçiləri üzərilərinə hansı öhdəliklərin düşdüyündən xəbərdardırlar? Təmsil olunduqları ölkənin hərbi və yaxud siyasi rəhbərliyindən kimsə onların hansı statusa sahib olduqlarını başa salırmı?
Təbii ki, çox gözəl bilirlər. Lakin təəssüf ki, iki ilə yaxın müddətdə Qarabağda daha çox neqativ fəaliyyətləri ilə də yadda qalıblar. Əksər hallarda separatçıların tör-töküntülərinin qalıqlarına dəstək vermək, bölgədə erməni əhalisinin sayını artırmaq və s. bu kimi fəaliyyətləri ilə ad çıxarıblar.
Konkret olaraq söhbət bölgəyə Azərbaycanın icazəsi olmadan səfər edən erməni dəstəkçilərinə göz yummaqlarından gedir. Rəsmi Bakının bununla bağlı haqlı iradlar bildirəndə, dərhal bundan xəbərsiz olduqlarını deməyə gücləri çatır.
Bu təlxək Qarabağa gəlsə, sərt cavabı veriləcəkÖtən gün də Paris meriyasında erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edən paytaxt meri Enn Hidalqo Fransanın erməni icmasına ölkəyə gətirdiyi "həyat gücü"nə görə təşəkkür edib. Qondarma soyqırıma sadiqliyini bir daha təsdiqləyib. Mer xatırladıb ki, Paris Şəhər Şurası artıq mövcud olmayan qondarma "DQR"ın müstəqilliyini tanımağa hazırdır. Bundan əlavə "psixoloji sarsıntı" keçirmiş müharibə veteranlarına maddi yardım məsələsini qaldırmaq istəyini də ifadə edib. Çıxışını yekununda isə Ermənistan və Qarabağa – sülhməramlıların nəzarəti altında olan əraziyə qarşıdakı səfərini elan edib.
Beləliklə, hər dəfə bölgəyə səfər edib gedəndən sonra rəsmi Balı etiraz bildirəndə, sülhməramlılıların, eləcə də, Moskva rəsmiləri bundan xəbərsiz olduqlarını bildirirdlilər. Bu dəfə isə Paris meri indidən anons edir ki, Qarabağa gedəcək. Yəqin ki, bu anonsu eşidib hansısa bir reaksiya bildirərlər.
Məsələnin başqa bir tərəfi – Ermənistan və onun havadarları həzm edə bilmirlər ki, Minsk qrupu deyilən bir qurum artıq arxivə atılıb və onun mandatı da o cümlədən. Bununla və ümumiyyətlə Qarabağa qanunsuz səfərlər bağlı prezident İlham Əliyevin də açıq və hər kəsin anlaya biləcəyi bəyanatı da var. Unudanlar üçün onu bir daha yada sala bilərik.
Prezident Azərbaycan torpaqlarına qanunsuz səfərlərlə bağlı bəyan edib ki, dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilib. "Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Fransada prezident seçkilərində namizəd Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olub. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə" deyə dövlət başçısı bildirib.
Beləliklə, bu kimi mənasız və təxribatçı səfərlərə rəvac verməklə erməni tərəfi və onun havadarları nəyə nail olmaq istəyir? Qabağağa qondarma statusa nail olmaqmı? Görünən odur ki, 44 günlük müharibəni unudublar. Anlamaq istəmirlər ki, düşdükləri acınacaqlı və rizl durumdan qurtulmağın yolu Qərbə deyil, qonşu ilə mehriban münasibətlər qurmaqdan, ərazi iddialarından əl çəkməkdən keçir. Əks halda həmin zəfər müharibəsinin sonu onların sonunu gətirəcək.
Milli.Az /konkret.az

Siyasi       Tarix: 24 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com