Bu təxribatlar Paşinyanın 'dəmir yumruq' üçün darıxdığını göstərir' - Deputat

Bu təxribatlar Paşinyanın 'dəmir yumruq' üçün darıxdığını göstərir' - DeputatAvqustun 25-də Ermənistan mətbuatında Azərbaycan hərbiçilərinin Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsinin bağlaması ilə bağlı məlumatlar yayılıb. 
Dərc olunan xəbərlərdə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin yaydığı qeyd olunur.
Ermənistan MTX-nin yaydığı açıqlamada deyilir: "Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər görülür".
Məlumatla bağlı hələlik Azərbaycan tərəfinin rəsmi açıqlaması yoxdur. 
Görünən odur ki, Ermənistan öz üzərinə düşən işləri yerinə yetirməkdənsə, bu cür təxribat xarakterli məlumatları daha çox yaymaqla diqqəti fərqli istiqamətlərə yönəltmək istəyir. 
Halbuki Ermənistan dövləti üzərində Zəngəzur dəhlizinin açılması, kommunikası xətlərinin çəkilməsi kimi öhdəliklər var.
Paşinyan isə öz çıxışında bildirib ki, Azərbaycanla əlaqələri bərpa etməyə hazırdırlar. Amma Zəngəzur dəhlizinin açılmasına razı olmadıqlarını deyib. 
Düzdür, bu məsələ onların razı olub-olmaması ilə həyata keçirilməyəcək. Burada yalnız bir qərar var, Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizi açılacaq.
Bəs bu cür addımlar atmaqla Ermənistan tərəfi nəyə nail olmaq istəyir?
Azxeber.com-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, əgər Paşinyan üçtərəfli bəyənnamənin bütün bəndlərini yerinə yetirməsə, o zaman ona "dəmir yumruğ"un gücünü yenidən göstərməyə məcbur olacağıq:
"Paşinyanın bir-birinə ziddiyyət təşkil edən çıxışları çox olub. Zamanında o bu cür danışdığına görə "dəmir yumruğ"un da zərbəsini alıb. Əgər Paşinyan üçtərəfli bəyənnamənin bütün bəndlərini yerinə yetirməsə, o zaman ona həmin dəmir yumruğun gücünü yenidən göstərməyə məcbur olacağıq. Amma Paşinyan razı olsa da, olmasa da, Zəngəzur dəhlizi mütləqdir ki, açılacaq. Paşinyan da bunu çox gözəl bilir. Sadəcə bunun adını daxili siyasət məqsədilə dəyişdirir. Əsas məsələ isə budur ki, Azərbaycan öz istədiyinə nail olur və olacaq". 
Deputat onu da qeyd edib ki, ermənilərin təxribatlara əl atması fikri yayındırmaq məqsədi daşıyır: 
"Ermənilərin hər dəfə təxribatlara əl atması onların yumruq üçün darıxdığının göstəricisidir. Hər zaman olduğu kimi, məsələləri fərqli yönə istiqamətləndirməyə, diqqəti əsas məsələlərdən yayındırmağa çalışırlar. Onlar hər zaman belə olub və onların xislətində heç nə dəyişməyib. Amma onlar hər dəfə cavablarını alıblar və alacaqlar".
Aydın Nuri

Siyasi       Tarix: 26 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən son durum bu gunun xeberleri haqqinda melumat son xeberler bugun 2026 azerbaycan