Bu universitetə rektor əvəzi təyin olundu
Üzeyir Ələmşah oğlu Zeynalov Mingəçevir Dövlət Universitetinə (MDU) rektor əvəzi təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub. Əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazirin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Vaqif oğlu Bayramov vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin olunub.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi