"Gec-tez biz öz yurdumuza qayıdacağıq" - Deputat

Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. İllərlə öz yurdlarından didərgin düşən insanların sülh yolu ilə geri dönməsi həm humanitar, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilir.  
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı da bu məsələyə yenidən toxunub.
İlham Əliyev bildirib ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. 
Milli Məclisinin deputatı Naqif Həmzəyev azxeber.com-a açıqlamasında deyib ki, cənab Prezidentin çıxışı zamanı bir məqam xüsusilə diqqət çəkir:
"Cənab Prezidentin çıxışı zamanı bir məqam xüsusilə diqqət çəkir. İlham Əliyev çıxışında vurğulayıb ki, ermənilər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasından qorxmamalıdırlar. Həmçinin bildirib ki, biz ora tanklarla deyil, maşınlarla qayıtmalıyıq. Ermənilərin xalq kimi formalaşmasında türklərin rolu çox olub. Faktiki olaraq Osmanlı torpaqlarında ermənilərə sahib çıxan, onların yaşaması üçün hər cür şərait yaradan dövlət məhz Osmanlı dövləti olub. Sonrakı dövrlərdə də ermənilər yüksək vəzifələr tutublar. Eyni proseslər sonrakı dövrlərdə Cənubi Qafqazda da baş verib".
Deputat deyib ki, biz həmişə ermənilərə qucaq açmışıq, onlara torpaq vermişik:
"Biz həmişə ermənilərə qucaq açmışıq, onlara torpaq vermişik. Amma təəssüf ki, böyük güclərin birbaşa müdaxiləsi, xüsusilə də Erməni Qriqoryan kilsəsinin yanlış ideologiyası nəticəsində ermənilər böyük dövlət qurmaq fikrinə düşüblər. Məhz Türkiyə və Azərbaycan torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq ideologiyasının əsirinə çevriliblər. Bu isə tamamilə xəstə bir təxəyyüldür. Ermənilər belə xəstə düşüncələrdən çəkinməlidirlər. Onsuz da böyük güclər tərəfindən Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradılaraq ermənilərə hədiyyə edilib".
O vurğulayıb ki, ermənilər Cənubi Qafqazda sülh gündəliyini və birgə yaşayışı dəstəkləməsələr, region üçün təhlükəyə çevriləcəklər:
"Ermənilər Cənubi Qafqazda sülh gündəliyini və birgə yaşayışı dəstəkləməsələr, region üçün təhlükəyə çevriləcəklər. Son 35 il ərzində yaşadıqlarımız ermənilərə dərs olmalıdır. Çünki münaqişə şəraitində çox şey itirdik. Ən əsası isə zamanı itirdik və onu geri qaytara bilməyəcəyik.
Azərbaycanlılar 1991-ci ildə sonuncu – Nüvəli kəndindən çıxdıqları vaxta qədər Qərbi Azərbaycan ərazisindən deportasiya olunublar. 1948–1950-ci illərdə də eyni deportasiya taleyini yaşamışıq. Ermənilərin inandıqları xəstə təxəyyül nəticə etibarilə onların azərbaycanlılara qarşı böyük soyqırım törətməsinə gətirib çıxarıb. Təbii ki, bunlar keçmişdə qalıb, lakin biz tarixi unutmuruq. İlham Əliyevin də qeyd etdiyi kimi, tarixçilər reallıqları üzə çıxarmalıdırlar. Nikol Paşinyan da öz çıxışında bildirib ki, sovet ideologiyası erməniləri türklərə və azərbaycanlılara qarşı qaldırıb".
Milli Məclisin deputatı bildirib ki, bu gün də həmin təfəkkürdə olan ermənilər mövcuddur və revanşistlərin əlini gücləndirirlər:
"Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ var. Hər kəs doğulduğu və boya-başa çatdığı torpaqlara qayıtmalıdır. Lakin biz öz torpaqlarımıza dinc yolla qayıtmaq istəyirik. Ermənilər isə bunu qəbul etməlidirlər. Erməni dövləti və siyasi rəhbərliyi də ictimaiyyəti bu prosesə hazırlamalıdır".
Parlamentari qeyd edib ki, Vaşinqton görüşlərindən sonra sülh gündəliyi daha da aktivləşib:
"Vaşinqton görüşlərindən sonra sülh gündəliyi daha aktiv hal alıb. Dayanıqlı sülhün baş tutması artıq reallığa çevrilib. İctimaiyyət nümayəndələrinin görüşləri təqdirəlayiqdir. Yaxın gələcəkdə bu səfərlərin parlament səviyyəsində də baş tutduğunun şahidi olacağıq. Eyni zamanda media nümayəndələrinin də bir araya gəlməsini görəcəyik. Sülh razılaşması imzalandıqdan sonra qarşılıqlı diplomatik əlaqələrin yaradılmasını müşahidə edə bilərik. Bu, xalqlar arasında müəyyən yaxınlaşmaya səbəb olacaq. Belə olan halda biz dədə-baba torpaqlarımıza ilkin mərhələdə ən azından turistik səfərlər edəcəyik. İmkanı çatan hər bir azərbaycanlı həmin torpaqlarda öz evlərini ala biləcək. Gec-tez biz öz yurdumuza qayıdacağıq".
N.Həmzəyev əlavə edib ki, kommunikasiyaların inkişafı, Zəngəzur dəhlizinin açılması əlaqələri daha da möhkəmləndirəcək:
"İqtisadi əlaqələrin yaranmasından sonra, ən azı sovet dövründəki kimi, gediş-gəliş bərpa ediləcək. Amma hər şeyə rəğmən tariximizi unutmamalı və unutdurmamalıyıq. Gələcək nəsillər bütün həqiqətləri bilməlidirlər. Azərbaycan hər zaman güclü olmalıdır ki, bir daha eyni müsibətləri yaşamasın. Regionda kənar təsirlərə qətiyyən icazə verməməliyik."
Şahanə Ziyad

Siyasi       Tarix: 05 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan