Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır - SİYAHI

Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır - SİYAHIDırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər dırnaqlardakı dəyişikliklərin xəstəliklərdən xəbər verdiyini söyləyib. O, bildirib ki, dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən keçmək lazımdır.
Dırnaqların sizə ötürdüyü mesajlar
Dırnaqlarınızı yaxşıca təmizləyin və hansı rəngdə olduğunu görün, dırnaqlarınız səhhətiniz haqqında ciddi məlumatlar verə bilər.
Qalın dırnaqlar
Belə dırnaqlar təbii deyil. Dırnaqlar güclü olmalıdır, ancaq normaldan daha fərqli və qalın görünürsə, diqqətli olun. Qalınlıq ağciyər xəstəliyinin təzahürüdür.
Qalın və sərt səth göbələk infeksiyasına dair işarə verir. Qalın və ayrılmış dırnaqlar qalxanabənzər və ya sədəf xəstəliyinin göstəricisi ola bilər.
-Normaldan daha qalın dırnaqlar, eyni zamanda qan dövranı probleminə işarə edə bilər.
Yoğunlaşan dırnaqlar gözdən qaçırdığınız bəzi problemlərin təzahürüdür. Yeni dərmana başlayarkən allergik reaksiyalar dərhal dırnaqlara təsir edərək yoğunlaşmaya səbəb olur.
Ayrılmış dırnaqlar: Dırnaqlar təkcə qapılara və ya ətrafa dəyməklə qırılmaz. Qırılma səbəbi sadəcə əllərinizi çox yumağınızla, ya da laklarla bağlı deyil.
Qırılmış dırnaqlar fol turşusu, C vitamini və zülal çatışmazlığının nəticəsidir.
Əgər qırılmış dırnaqlar dırnaq dərinliklərində oyuqlarla bərabər görülürsə, bu sədəf xəstəliyinin təzahürüdür. Sədəf xəstəliyinin ilkin əlamətləri, adətən, dırnaqlarda özünü göstərir.
Qırılan dırnaqlar eyni zamanda qida çatışmazlığının də göstəricisi ola bilər.
Yediklərinizə diqqət edin və ümumi sağlamlığınız üçün dırnaqlarınıza daha çox qulluq göstərin.
Çuxura düşmüş dırnaqlar
Çuxur düşmüş dırnaqlar daxili problemlərin təzahürüdür. Əgər bütün dırnaqda çuxurlaşma varsa, bu hal adətən çox su tutumu ilə bağlıdır.
-Dəmir çatışmazlığı
-Hemakromatozis (qaraciyərin orqanizmdə artıq dəmir saxlaması ilə baş verən qaraciyər xəstəliyi)
-Ürək xəstəlikləri
-Hipotiroidizm
Dırnaqlarınız və sağlamlığınız bəzən paralel naviqasiya göstərir. Sağlamlıq problemlərindən xilas olan insanların dırnaqları da normala dönür.
Oyulmuş dırnaqlar
-Kiçik oyuqlar və çuxurlar əllərinizə etinasız yanaşdığınızdan dolayı, ya da sağlamlığınızın qeydinə daha yaxşı qalmadığınızın əlaməti ola bilər.
-Sədəf xəstəliyi
-Birləşdirici toxuma qüsurları
-Alopecia area (saç itkisinə səbəb olan immunitet sistemi xəstəliyi)
-Sink çatışmazlığı (adətən dırnaqların ortasında uzun zolaq şəklində bir oyuq)
Çıxıntılar
Dırnaqların səthi düz və çox hiss edilməyən incə cizgilərdən yaranır. Qabarıq çıxıntılar orqanizmində bir proseslərin səhv getdiyinin göstəricisidir. Çıxıntılı dırnaqlara sahib olanların ən çox yaranan problemləri:
-Dəmir çatışmazlığı
-Artrit
-Lupus (dırnaq dərinliklərində qırmızı xətlər)
-Quru və incə dırnaqlar: Losyonlar və ya dırnaq baxım yağlarına ehtiyacınız yoxdur. Əgər dırnaqlarınız quru və incədirsə, hormon səviyyəsini ölçməkdə fayda var.
-Qalxanabənzər xəstəlikləri dırnaqların nazikləşməsinə səbəb olur. Quru dırnaqlar asanlıqla qırılır və ayrılır.
-Göbələk problemləri də dırnaqları quru və ya nəm edir.
-Həm qalxanabənzər, həm də göbələk problemlərinin müalicəsi uzun müddət davam edir. Əgər dırnaqlarda belə dəyişiklik görsəniz, dərhal nəzərə alın.
Yumru dırnaqlar
-Əgər dırnaqların ətrafında şişmiş dəri varsa, ya da dırnaqlarınız şişmiş kimi görünürsə buna "clubbed" yumru dırnaq deyilir.
-Ağciyər xəstəlikləri (xüsusilə də tənəffüs çətinliyi çəkənlərdə)
-İnflamasyonlu bağırsaq xəstəliklərində
Qaraciyər xəstəliklərində
QİÇS-də müşahidə olunur.
Dırnaqlarınız yalnız bu yuxarıda sadalanan xəstəliklərin əlaməti olmaya bilər. Bu əlamətlər sizin sağlamlığınıza diqqət etməyiniz üçün dəlillərdir.
Dırnaqlar və xəstəliklər düşündüyünüzdən çox daha yaxından əlaqəlidir. Sağlamlığınızı qorumaq üçün dırnaqlarınıza tez-tez nəzarət edin.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 584   Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

Qulaqlarınızı kar edə bilər - Hər kəs istifadə edir

Son illərdə qulaqcıqlardan gündəlik istifadə xeyli artıb. Musiqi dinləmək, film izləmək və telefon danışıqları üçün geniş istifadə olunan bu cihazların sağlamlığa təsiri isə tez-tez müzakirə olunur. Mütəxəssislər bildirirlə

DİQQƏT! Bu qidalar ürək xəstəliklərindən qoruyur

Ürək sağlamlığını qorumaq üçün yalnız protein qəbul etmək kifayət deyil, proteinin mənbəyi də böyük əhəmiyyət daşıyır. Elmi araşdırmalar göstərir ki, yağlı və emal olunmuş ətlər əvəzinə sağlam protein alternativlərinin seçilməs

Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri

Qış aylarının əvəzolunmaz içkilərindən biri olan cökə çayı təkcə gözəl qoxusu ilə deyil, həm də saysız-hesabsız sağlamlıq faydaları ilə seçilir. -a istinadən xəbər verir ki, əsrlər boyu mətbəxdə mühüm yer tutan cökə çay

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

"Estetik əməliyyatlara icazəsi olan 45 həkim var"

"Hazırda Azərbaycanda plastik və estetik əməliyyatlar aparmağa icazəsi olan 45 həkim var və onların siyahısı açıq şəkildə dəyişdirilib". KONKRET.azxəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. Nazi

Şəkər xəstəliyindən qoruyan PƏHRİZ

Ketogenik pəhrizə keçmək və karbohidratları məhdudlaşdırmaq diabetin qarşısını ala bilər.   -a istinadən xəbər verir ki, bu Tulan Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir. Tədqiqatlar göstərir ki, yüksək karbohidratl

COVID-dən daha təhlükəli — 2 günə öldürən virus sürətlə yayılır - Həkim danışdı

Koronavirusdan daha ağır fəsadlar törədən meningokok infeksiyası İngiltərədə 34 nəfərdə qeydə alınıb. İnfeksiyanın yayılma mexanizmləri isə suallar doğurur. Bəs dünyanı yeni karantin dalğası təhdid edə bilərmi?. Hadisə il

Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər. milliaz-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 xeber.az bu gun zelzele krminal bu gun