Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
Dənizkənarı Bulvar İdarəsinə məxsus "Mirvari" gəzinti gəmisi bu gündən fəaliyyətə başlayır.
Bu barədə İqtisadiyyat.az-a İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
Qurum rəsmisi gəmi ilə gəzintiyə çıxmaq üçün müəyyən olunan qiymətlərin dəyişdirilmədiyini söyləyib. Onun sözlərinə görə, "Mirvari" gəzinti gəmisindən istifadə altı yaşına qədər uşaqlar üçün ödənişsizdir, gəminin yerindən və mərtəbəsindən asılı olaraq qiymətlər 5-10 manat arasında dəyişir.
Ə.Mehdiyeva bildirib ki, bu qiymətlər sonuncu dəfə 2015-ci ildə müəyyən olunub və istismar xərcləri artsa da, gəzinti gəmisinin qiymətləri dəyişməz olaraq qalıb.
"Gəminin uzun müddət fəaliyyət göstərməməsi, insanların marağı və s nəzərə alınaraq Dənizkənarı Bulvar İdarəsi tərəfindən qiymətlərin artırılmaması ilə bağlı qərar verilib", - Ə.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, "Mirvari" gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 460 nəfəri daşıya bilir. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dənizkənarı Milli Parkında gəzinti gəmiləri 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırmışdı. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat