"Buna həqiqətən dəyərdimi, Haluk?" - Mahsun Kırmızıgül

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap" dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib.
azxeber.com xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxın dostlarından olan Haluk Leventlə bağlı təəssüf hiss keçirdiyini qeyd edib.
"Bir Haluk Levent hekayəsi...
O dövrdə sən və mən eyni xəyalları və eyni həyəcanı paylaşdıq. Şöhrət nərdivanını bir dam altında, eyni prodüser şirkəti ilə birlikdə qalxdıq.
Sonra qorxunc bir borc spiralına düşdün. Qazandığın pis vərdişlər sənə ciddi bəlalar gətirdi. Həmin borclara görə səni mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Dənizin müşayiəti ilə şəxsən Adana Karataş həbsxanasına apardıq.
O vaxtlar Star TV-də bir serialdan qazandığım pulla səkkiz müxtəlif banka olan borclarını ödəmək üçün sənin yanında olduq. Ayağa qalxmağın üçün əlimizdən gələni etdik.
İllər ərzində "Ahbap" Dərnəyi vasitəsilə həyata keçirdiyiniz yardım fəaliyyətlərini gördükcə öz-özümə "Haluk o qaranlıq günləri geridə qoyub", - deyirdim. Nazirlərdən, valilərdən tutmuş şəhər meri və Prezidentin xanımına qədər hər kəs səni təqdir edirdi. Xalq bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də sonuncu şansı verdi.
Zəlzələdən sonra insanlar öz doğmalarını torpağa tapşırarkən, milyonlarla insan sənə güvəndi və əllərindəki o cüzi imkanları belə əmanət etdi.
Və məhz buna görə də... O masaların arxasına bir daha oturmamalıydın. O ekranlara bir daha baxmamalı, o düymələrə bir daha toxunmamalıydın. Kaş ki, əlləriniz qırılaydı – təki o qaranlığa qayıtmayaydın.
Milyonlarla insan sənə yol göstərən bir işıq yandırdı, amma o işığı görmədin. Keçici bir həyəcan naminə bu qədər sevgi, etimad və zəhmətə arxa çevirdin. Hərəkətlərin təkcə səni deyil, sənə inanan hər kəsi yaraladı.
Bu gün fikrimdə ilk növbədə sən deyil, ailən var. Təkcə onların xatirinə belə, bütün o pis vərdişləri, qarşısıalınmaz istəkləri və zəiflikləri geridə qoymalıydın.
Cavabını tapa bilmədiyim bir sual qalır:
Buna həqiqətən dəyərdimi, Haluk?", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən "Ahbap" dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.
 //qafqazinfo 

Şou Biznes       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Uzak Şehir" bu tarixdən başlayır

Kanal D ekranlarında yayımlanan "Uzak Şehir" serialının 3-cü mövsüm çəkilişlərinə start verilib. -a istinadən bildirir ki, bu gün çəkiliş meydançasına qayıdan serialın yeni mövsümünün ilk səhnələri İstanbulda lent

"Survivor" dördüncüsü ailə qurdu

"Survivor" yarışması ilə tanınan Ayşe Yüksel ailə qurub. Yüksel uzun müddətdir sevgilisi olan Sercan Sarayla nikah masasına oturub. Qeyd edək ki, Ayşə Yüksel yarışdığı mövsüm dördüncü olub. /

Maksim Qalkinin Bakıda - FOTOLAR

Rusiyalı şoumen Maksim Qalkin Bakıdan paylaşım edib. axşam.az-a istinadən xəbər verir ki, Qalkin paytaxtda çəkilmiş fotoları instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Maksim Qalkin 2022-ci ildən etibarə

Məşhur rəssam vəfat etdi

Məşhur yapon avanqard rəssamı Yayoi Kusama vəfat edib. Rəssam 97 yaşında Tokioda dünyasını dəyişib. Onun ölümünə çoxlu orqan çatışmazlığı səbəb olub. Yayoi Kusama avqustun 14-də vəfat etsə də, bu barədə yalnız indi məluma

Məşhur aktyorun son halı görənləri təəccübləndirdi – FOTO

"Kolpaçino", "G.O.R.A." və "Vizontele" kimi ekran işlərindəki rolları ilə tanınan Türkiyəli aktyor Şafak Sezer son görüntüləri ilə diqqət çəkib. Bizim.Media-ya istinadla xəbər verir ki, salond

Burak Özçivit bacısının toyuna getmədi

Türkiyəli aktyor Burak Özçivitin bacısı Burçun Özçivit Samsun vilayətinin Bağra rayonunda ailə qurub. Türkiyə mətbuatın xəbər verir ki, Burçun Bafrada baş tutan mərasimə atası Bülent Özçivitin qoluna girərək daxil olub. Toyd

Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi

Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 00 rubl (79 manatı) dövlət rüsum

"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib

"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib. "Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşları

Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto

Türk musiqisinin unudulmaz simalarından biri olan İbrahim Tatlıses yay tətilini keçirdiyi Çeşmədə görüntülənib. qafqazinfo-ya istinadən xəbər verir ki, İzmirin məşhur istirahət məkanlarından biri olan Ilıcadakı bir məkand


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler cəbhədən son vəziyyət valyuta mezennesi 2026 son xeberler bugun 2026 muharibe