"Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır" - Hacıbəy Heydərli

İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağa başlayır.
Bir anlıq düşünək: bizi Qarabağa qaytaran nə idi? Təkcə ordumuzun gücü, diplomatiyamız, silahlarımız və hərbi əməliyyatlarımızmı? Əlbəttə, yox! Bizi Qarabağa qaytaran amillərdən biri də illərlə qoruyub saxladığımız milli ruh, tarixi yaddaş və torpaqlarımızı geri qaytaracağımıza olan inamımız idi.
Məktəblərdə keçirilən vətənpərvərlik dərsləri, tarix fənnində öyrədilən həqiqətlər, gündəliklərimizdə qeyd olunan işğal tarixləri, anım tədbirləri, müəllimlərimizin danışdıqları, şəhidlərimizin xatirəsinə göstərilən ehtiram… Bütün bunlar, bəlkə də, çoxumuza adi və formal görünürdü. Amma əslində, həmin fəaliyyətlər gələcək nəsillərin yaddaşında bir həqiqəti yaşadırdı: Qarabağ bizim torpağımızdır və biz bu həqiqəti heç vaxt unutmamalıyıq!
Bizə illərlə bunu unutmağa imkan verməyən milli ideologiyamız, tarixi yaddaşımız və vətənpərvərlik ruhumuz oldu. Fiziki işğal altında olan torpaqlarımız üzərində mənəvi və ideoloji iddiamızı qoruduq. Torpaqlarımızdan ayrı düşdük, amma onları yaddaşımızdan silmədik. Ən böyük fərq də məhz bu idi.
İndi isə məsələyə başqa tərəfdən baxaq.
Bir anlıq təsəvvür edin ki, eyni üsullardan başqa bir ölkə Azərbaycana qarşı istifadə edir. Məsələn, İranın və ya hər hansı başqa dövlətin ideoloji təbliğatı bizim cəmiyyətimizə, xüsusilə də gənclərimizə sistemli şəkildə təsir göstərməyə başlayır. Sosial şəbəkələrdə minlərlə hesab fəaliyyət göstərir, Azərbaycan dilində paylaşımlar edilir, tariximiz fərqli təqdim olunur, milli dəyərlərimiz hədəfə alınır, dövlətimizə və milli kimliyimizə inamsızlıq yaradılır.
Bu təbliğat açıq düşmənçilik formasında deyil, bəzən adi bir fikir, zarafat, video, musiqi, tarixi mübahisə və ya guya həqiqəti üzə çıxarmaq istəyən paylaşım formasında qarşımıza çıxır. İnsanlar fərqinə varmadan həmin mesajları qəbul edir, paylaşır, başqalarına ötürürlər. Bir müddət sonra isə kənardan ötürülən fikirlər cəmiyyətin öz düşüncəsi kimi təqdim olunmağa başlayır.
Ən təhlükəli mərhələ də elə budur: insanın düşüncəsinə kənardan müdaxilə edildiyini hiss etməməsi!
Bu gün informasiya müharibəsi təkcə saxta xəbərlər yaymaqdan ibarət deyil. Bu, cəmiyyətin öz tarixinə münasibətini dəyişmək, milli dəyərlərini gözdən salmaq, dövlətinə olan inamını sarsıtmaq və gələcək nəsillərin düşüncə tərzini formalaşdırmaq uğrunda mübarizədir.
Torpağı işğal etmək üçün sərhədi keçmək lazımdır. Amma insanların düşüncəsini ələ keçirmək üçün sərhədi keçməyə belə ehtiyac yoxdur. Bir telefon, sosial şəbəkə hesabı və davamlı təbliğat bəzən kifayət edir.
Məhz buna görə də ideoloji təhlükəsizlik məsələsinə adi siyasi mübahisə kimi yanaşmaq olmaz. 
İdeoloji məkanı boş buraxmaq olmaz. Çünki həmin boşluğu kimsə mütləq doldurmağa çalışacaq. Əsas məsələ isə budur: gələcəyimizi öz həqiqətlərimiz, biliklərimiz və dəyərlərimiz üzərində quracağıq, yoxsa başqalarının bizim üçün hazırladığı düşüncə qəliblərinin içində yaşayacağıq?
Hacıbəy Heydərli, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü / azxeber.com

Sosial       Tarix: 11 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yusif Babanlı yeni şirkət yaratdı: 3 milyon manatlıq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Türkan İdman Zalı" MMC-ni dövlət qeydiyyatına alıb. Report-a istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi

Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı

Göygöl rayonunda 1978-ci il təvəllüdlü Yaşar Həsənovun meyiti tapılıb. 48 yaşlı Daşkəsən rayon sakininin cansız bədəni yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırm

"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir". xəbər verir ki

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə

Bəzən bir insanın sizə qarşı münasibətini sözlərindən deyil, davranışlarından anlamaq mümkündür. Xüsusilə gündəlik ünsiyyətdə bəzi kiçik detallara diqqət yetirməklə qarşı tərəfin sizdən uzaq durmağa çalışdığını hiss etmə

"Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır" - Hacıbəy Heydərli

İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağ

Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə

Gavalı yemək osteoporozun və yüksək xolesterolun inkişafının qarşısını alır. Dietoloq Makişa Alekseyeva ən əlçatan və ucuz payız meyvələrindən biri olan gavalının sağlamlıq üçün faydalarını açıqlayıb:. "Tünd mavi, bənövşəy

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

"Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur". xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov və -

Əməkdar jurnalist vəfat etdi

"Şərq qapısı" qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva vəfat edib. xəbər verir ki, Əməkdar jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Məhəbbət Mirzəyeva uzu


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler