Burun qanaması nədən xəbər verir? - Səbəbləri və müalicəsi

Burun qanaması nədən xəbər verir? - Səbəbləri və müalicəsiCəmiyyətin təxminən %10-u ən az 1 dəfə burun qanaxması keçirmişdir.Çox adam heç bir klinikaya müraciət etməz. Bir çox burun qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli qanaxmalar da ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür. Burun qanaxmaları, istər uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.
Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarınpartlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.
Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniyaxəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.
Qanaxmanı necə ayırd etmək olar?
Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.
Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.
Burun qanaxmasının əsas səbəbləri:
-Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi. -Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər. -Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman istifadəsi. -Qaraciyər xəstəlikləri, yüksək təzyiq -Burun əyrilikləri -Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır. -Şişlər (olduqca nadir)
Ön burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?
Burun qanaxması ilə üzləşdikdə tətbiq ediləcəkbəzi üsullar vardır:
-Qanaxması olan şəxs sakitləşdirilməyə çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilər.
-Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı malınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da yol aça bilər.
-Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.
-Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə
yatmalıdır.
Burun qanaxmasının qarşısını almaq üçün nələr edilə bilər?
-Duzlu su tərkibli spreylərlə burun içi ehtiyatla təmizlənməlidir. -Burun qurcalamaq və fıxırmaq olmaz.
-Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır.
-Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır. -İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir.
-Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir.
-İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə gətirilməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri krminal bu gun ensonxeberler sonxeberler