Bütün bəşəriyyət üçün yeni ev - Barnard ulduzunun sirri - FOTO

Bütün bəşəriyyət üçün yeni ev - Barnard ulduzunun sirri - FOTOBütün bəşəriyyət üçün yeni ev - Barnard ulduzunun sirri - FOTO
Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.
Hələ qədim yunan filosofu Epikur dostu Herodota məktubda belə yazıb: "Dünyalar sonsuz saydadır, onlar həm bu dünyamıza bənzəyir, həm də ondan fərqlidir".
Bu isə, yeri gəlmişkən, eramızdan əvvəl IV-III əsrlərə aiddir. Sonralar digər mütəfəkkirlər də oxşar fikirlər bildiriblər, lakin onları sübut etmək mümkün olmayıb – həmin vaxt hələ teleskop icad edilməmişdi.
Alimlər yalnız 19-cu əsrdə aktiv şəkildə ekzoplanetləri axtarmağa başlayıblar. Həmin vaxt onlar artıq göy cisimlərinin bir-birinə necə təsir etdiyini bilirdilər. Astronomlar teleskoplar vasitəsilə ulduzların səmada hərəkətində qəribəlikləri görə biləcəklərini ümid edirdilər.
Həqiqətən də onu tapmaq mümkün oldu. Lakin ekzoplanetlərin bununla heç bir əlaqəsi yox idi - hərəkət trayektoriyasına adi gözlə görünməyən çox tutqun kompanyon ulduzlar təsir edirdi. Daha sonralar onları ağ cırtdanlar adlandırdılar. Planetlərə gəlincə, onların ulduzların hərəkətinə təsiri o qədər zəif idi ki, o dövrün teleskoplarında bunu müşahidə etmək mümkün deyildi.
XIX əsr alimlərinin əldə edə bilmədiklərini onların XX əsrdəki həmkarları etməyə çalışdılar. Astronom Piter van de Kampın hekayəsi daha çox məhşurdur.
Bütün bəşəriyyət üçün yeni ev - Barnard ulduzunun sirri - FOTOO, elmi karyerasının əsas hissəsini Barnard Ulduzunun - Yerdən cəmi 5,96 işıq ili məsafəsində yerləşən "Ophiuchus" bürcündə qırmızı cırtdanın tədqiqinə həsr edib. Astronom hesab edirdi ki, bu az kütləli - Günəşdən təxminən 6-7 dəfə yüngül olan ulduz digər göy cisimlərinin təsiri altında öz trayektoriyasını nəzərəçarpacaq dərəcədə dəyişəcək.
1960-cı illərin sonlarında alim əvvəlcə birinci, sonra isə ikinci ekzoplanetin kəşfinə həqiqətən də müvəffəq olduğunu elan edib. Onun hesablamalarına görə, bunlar Yupiterin kütləsinin 0,7 və 0,5 təşkil edən qaz nəhəngləri idi.
Təəssüf ki, van de Kamp yanılıb – onun "tapdığı" planetlər mövcud deyil. Astronomun qaz nəhənglərinin varlığı ilə əlaqələndirdiyi ulduzun "yerdəyişməsinə" teleskopun işindəki səhvlər səbəb olub. Cihaz hər dəfə texniki xidmətə və təkmilləşdirməyə göndərilərkən şəkillərdə xətalar yaradırdı.
Daha irəliyə baxsaq, deyə bilərik ki, astronomlar hələ də Barnard ulduzunun yaxınlığında planet tapmaq ümidlərini itirməyiblər. 2018-ci ilin sonunda beynəlxalq alimlər qrupu yeni kəşf haqqında məlumat verib. Düzdür, bu, van de Kampın bildirdiyi qaz nəhəngi deyil, Yerə bənzər, Yerin kütləsinin təxminən 3,2 təşkil edən planet idi. Bununla belə, bu kəşfin taleyi elə də yaxşı olmayıb – artıq üç il sonra onun etibarlılığı başqa bir elmi qrup tərəfindən təkzib edilib. Belə ki, Barnardın ulduzunun planetlərinin olub-olmaması hələ də məlum deyil.
Mənbə: TASS / oxu.az

Maraqlı       Tarix: 23 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az