"Bütün dostlar və düşmənlər dəyişir, ancaq türk həmişə, yumşaq desək, əbədi rəqibdir" – ABŞ NƏ İSTƏYİR?

ABŞ prezidenti Co Baydenin 24 aprel 1915-ci il hadisələrindən bəhs edərkən yenidən "erməni soyqırımı" ifadəsini işlətməsi birmənalı qarşılanmayıb. Belə ki, bu dəfə də Türkiyədə hökumət və müxalifət rəsmiləri Baydenin bu sözünə ciddi reaksiya verib. Ümumiyyətlə isə əvvəlki ABŞ prezidentlərindən fərqli olaraq, Co Baydenin bu cür reaksiya sərgiləməsi müəyyən suallar doğurur. Bayden özünü erməni cəmiyyəti qarşısında niyə bu qədər "borclu" görür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli bildirib ki, Baydenin bu il də ənənəvi olaraq 1915-ci il hadisələrinə  "erməni soyqırımı" və "qətl edilən erməniləri anırıq" kimi ifadələr işlətməsi bir tərəfdən Türkiyəyə və bütün türk dünyasına qarşı siyasi təhdiddir, digər tərəfdən isə erməni lobbisi tərəfindən aldığı səslərə görə "mən sizin üçün nəsə edirəm" üzrxahlığıdır: "Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915-ci il hadisələri üçün "erməni soyqırımı" əvəzinə, "fəlakət" və ya "tarixin qaranlıq dövrü" ifadələrini işlədiblər. "Erməni soyqırımı"nı rəsmən tanıyan ölkələrin sayı 31 olsa da, bununla bağlı məhkəmə  iddiası qaldırmağın mümkün olmamasının ən başlıca səbəblərindən biri ABŞ hökumətinin bu istiqamətdə qərar verməməsi idi.  Bu arada onu da qeyd edim ki, Baydenin bu çıxışı məhkəmələrdəki iddiaların qısa müddətdə bitəcəyi anlamına gəlmir. Onlara görə, mülki işlər illərlə çəkə bilər və bəlkə də bu prosesin başladacağı qaydalar var. Amma onsuz da Türkiyənin məhkəmə proseslərinə çox zaman itirəcəyi aydındır. Bütün hallarda isə Amerikanın 1915-ci il hadisələrini "soyqırımı" kimi xarakterizə etməsi son dərəcə səhv, haqsız və qanunsuzdur. İtirən yalnız ABŞ tərəfi olacaq".
Anar Əsədlinin sözlərinə görə, Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə geriləmə ilə nəticələnəcək: "NATO üçün Türkiyə kimi döyüşkən orduya malik üzvü itirmək yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Qısası, Amerika prezidentinin bu açıqlaması çox da qorxulu deyil. Ümumiyyətlə isə "erməni soyqırımı"ndan danışanlara sual etmək lazımdır: erməni soyqırımını nə vaxt gördünüz? Bununla əlaqədar hansı video və foto faktlar, yaxud kutləvi məzarlıqlara rast gəldiniz? Hansı tarixi sənədlər var? Faşist Almaniyasının yəhudilərə qarşı soyqırım törətdiyi ancaq uzun müddət davam edən Haaqa Məhkəməsinin qərarından sonra təsdiqlənib. İnsanlığa sığmayan əsir düşərgələrinin, kütləvi insan qırğınlarının baş verdiyini isbatlayan kifayət qədər faktın olmasına rəğmən Almaniyanın cinayətini sübut etmək üçün Haaqa Məhkəməsinin bütün hüquqşünasları çalışırdı. Ortada videogörüntülər, kütləvi məzarlıqlar, canlı şahidlər vardı, amma xristian dünyası  soyqırımdan indiki qədər əminliklə danışmırdı. Lakin üstündən 100 il keçən və hələ heç bir məhkəmədə hüquqi qiymətini almayan hadisəyə "soyqırım" yarlığı yapışdırmaq siyasi ikiüzlülükdən başqa heç nə deyil".
AY Partiya başqanı əlavə edib ki, Xocalı soyqırımı XX əsrin lap sonlarında baş verib. Faktlar yenidir, videolar və fotolar ortadadır: "Qırğını 366-cı rus alayı törədib. Ancaq  rusları soyqırımda ittiham etmək, tarixi gerçəkləri ortaya səpələyib, rusların həqiqətən xalqlar qatili olduğunu söyləmək Amerikanın işinə yaramır. Ən azından bu gün bunu etmir. Amerikanın və Avropanın nə istədiyi aydındır. Bütün dostlar və düşmənlər dəyişir, ancaq türk həmişə, yumşaq desək, əbədi rəqibdir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com