Bütün innovativ yollar Holcim-ə aparır - FOTO

Bütün innovativ yollar Holcim-ə aparır - FOTOYol infrastrukturunun inkişafı sahibkarlıq, turizm və iqtisadiyyat sahələrinin dirçəlişinə təkan verir. Belə ki, həm ölkə daxili, həm də beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi ölkənin Avropa ilə Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir.  Bu həm də gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Çünki beynəlxalq statiskiya əsasən insan həyatının ən azı 43800 saatını yollarda keçir. Bu isə aya gedib qayıtmaq məsafəsinə bərabərdir.
Həm paytaxtda, həm də regionlarda inşa edilən müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir. Buna nail olmaq üçün tikinti norma və qaydalarına tam uyğun şəkildə aparılması ilə bərabər ərazinin və landşaftın xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən yol istifadəçilərinin istismar şərtlərini pozmaları və ya təbii fəlakətlər səbəblərindən yolların vaxtından tez sıradan çıxmasının şahidi oluruq. Buna misal olaraq bir neçə həftə öncə Bibiheybət məsçidi yaxınlığında torpaq sürüşməsi nəticəsində avtomobil yolunun istifadəyə yararsız vəziyyətə düşərək təmirə bağlanmasını göstərmək olar. Bu kimi xoşagəlməz hallardan sığortalanmaq üçün yolların təmiri və tikintisi zamanı müasir beynəlxalq təcrübələrdən və həll yollarından istifadə etmək məqsədə uyğundur.
Yolla bağlı bu kimi və ya digər məsələlər Tiflis şəhərində keçirilən Gürcüstan - Estoniya Yol Tikintisi Forumunda  geniş müzakirə olunmuşdur. Həmin forumda Holcim Azərbaycanın nümayəndəsinin də dəvət olunması təsadüfi deyildi. Şirkətin Yol İnfrastrukturu üzrə Eksperti İlqar Abdullayevin qruntların möhkəmləndirilməsi üçün məhsulları, onların təyinatı və tədbiq sahələri barədə geniş təqdimatı böyük maraq doğurmuşdur və iştirakçılar tərəfindən yaranan  suallar cavablandırmışdır.
Beynəlxalq tikinti təcrübəsinə malik olan LafargeHolcim şirkəti yolların dayanıqlığınının artırılması, istismar müddətinin uzadılması və eyni zamanda beynəlxalq normalara tam cavab verməsi üçün müasir innovativ həlləri işləyib hazırlamış və təcrübədən keçirmişdir. LafargeHolcim şirkətlər qrupunun bir hissəsi olan Holcim Azərbaycan ASC bu təcrübəyə əsaslanaraq ölkədə müxtəlif təyinatlı doldurucu və hidravlik yapışdırıcı məhsulların istehsalına başlamışdır. Dorosol, Doroport, Dorofil doldurucu və hidravlik yapışdırıcı məhsulları həm ölkə daxilində həm də regiona daxil olan ölkəkərin yol infrastrukturunun təkmilləşdirilməsində geniş tətbiq olunur. Hidravlik yapışdırıcılar qruntların xassələrini gücləndirərək yol geyimi laylarının qalınlıqlarının azaldılmasına və hətta bəzi layların tikintisinin ləğv edilməsinə səbəb olaraq ümumi yol en kəsiyinin optimallaşdırılması ilə nəticələnir. Bununlada tikintidə 40% dək zamana və 30% dək vəsaitə qənaət edilir.
Forum iştirakçılarına regionda ilk olaraq LafargeHolcim şirkətinin yeni hazırladığı və bu il Azərbaycanda tədbiqinə başlanacaq yol infrastrukturu sahəsinə əhəmiyyətli iqtisadi və texniki dəstək olan ORIS (Yolların Optimallaşdırılması üçün Məlumatlar Mənbəyi) rəqəmsal platforması barədə də məlumat verilmişdir. Bu platformanın tətbiqilə həmçinin Gürcüstandada əhəmiyyətli dərəcədə qənaətlərə nail olmaq və keyfiyyətin idarə olunmasında ciddi nəticələr əldə etmək olacaq. Forumda LafargeHolcim-in regionda tətbiq etdiyi həm innovativ və rəqəmsal həllər iştirakçılar tərəfindən çox müsbət qarşılandı.
***
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və inert materialların istehsalı sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir. /news.milli.az

İqtisadiyyat       Tarix: 18 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun