Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? - FOTOLAR

Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? - FOTOLAR"Şən və Hazırcavablar Klubu"nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatından dörd aya yaxın vaxt ötür.
KONKRET.az xəbər verir ki, "Yeni Sabah" əməkdaşı Bakının Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında mərhumun məzarını ziyarət edib.
Daha öncəki ziyarətlərimizdə müşahidə etdiyimiz kimi, sənətkarın məzarı üzərinə yenə də çox sayda güllər düzülmüşdü. Görünür, yaxınları, sənət dostları və sevənləri Cabir İmanovun məzarını tez-tez ziyarət edir.
Ziyarət zamanı diqqətimizi çəkən əsas məqam isə Əməkdar artistin qəbirinin üstünün hələ də götürülməməsi, başdaşı qoyulmaması oldu. Hazırda Azərbaycanda müşahidə edilən ənənəyə görə, adətən, vəfat edən şəxsin məzarının üstü mərhumun 40 mərasiminədək götürülür, sinə və başdaşı qoyulur, ətrafı abadlaşdırılır (bəzi bölgələrdə fərqli tendensiya da var). Amma C.İmanovun qəbirinin üstü götürülməyib, ilk gündə olduğu kimi saxlanılıb. Hətta, həmin məzarda Əməkdar artistin dəfn edildiyini göstərən bir nişanə belə yoxdur: Cabirin adı heç yerdə qeyd olunmayıb. 
Doğmalarının nəyə görə belə bir qərar verməsinin səbəbi məlum deyil. Ona görə də bu barədə yalnız ehtimalla danışmaq olar.

Birincisi, bu, mərhumun və onun qardaşı, Əməkdar artist, aktyor Tahir İmanovun dini baxışları ilə bağlıdır. Yerli mətbuat yazır ki, İmanov qardaşları İslamın sələfi təriqətinə mənsubdurlar, dinin tələblərini olduğu kimi yerinə yetirirlər. Bunu gücləndirən arqumentlərdən biri də Cabir İmanov son mənzilə yola salınması zamanı dini ayinləri Azərbaycan sələfilərinin tanınmış nümayəndəsi Əlixan Musayevin yerinə yetirməsi idi. Sələfilər məzar daşı hazırlatmırlar, qəbrin itməsini normal sayırlar.
İkincisi, ola bilər ki, C.İmanovun məzarüstü abidəsi hazırlanır. Bu isə müəyyən zaman tələb edir. Ona görə də qəbir olduğu kimi qalıb.
"Yeni Sabah"ın əməkdaşı məsələ ilə bağlı Cabir İmanovun atası, professor Qorxmaz İmanovla əlaqə saxlayıb. Lakin o, suallara cavab verməkdən imtina edib.
"Cabirlə bağlı heç vaxt danışmayacam. Heç kimə heç nə demək fikrində deyiləm", – o, söhbəti yekunlaşdırıb.
Qorxmaz İmanovun mövqeyini anlayışla qarşılayırıq. Görünür, dərdli ataya gənc yaşında dünyadan köçən övladı barədə danışmaq çətindir, amma Cabirin xatirəsinin yaşadılması da vacibdir…
Qeyd edək ki, C.İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.

Hadisə       Tarix: 16 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanlı dənizçinin meyiti aşkarlandı

Azərbaycanlı dənizçinin meyiti aşkarlanıb. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi məlumat yayıb. Qeyd olunub ki, bir neçə saat bundan əvvəl dron hücümüna məruz galan və sonrada

Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb. 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci i

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

12 yaşlı oğlan faciəvi şəkildə öldü

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb. APA-ya istinadən zəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib. Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanay

Sitalçayda qatar minik avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT

Xızı rayonunun Sitalçay kəndində minik avtomobili qatarla toqquşub. -a istinadən xəbər verir ki, hadisə dəmiryol keçidində qeydə alınıb. Sürücü avtomobil yolu olmayan ərazidən dəmiryol xəttinin üzərindən keçmək istəyərkə

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Tehranın yaxınlığında zəlzələ oldu

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikd

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az axsam.az xeberler cebheden xeber cəbhədən video