Cahangir Əsgərovun gedişi AZAL-da nəyi dəyişəcək? - Deputat danışdı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də ölkəmizdə təyyarə biletlərinin qiymətinin baha olmasıdır. AZAL-ın fəaliyyəti ilə bağlı narazılıq artıq illərdir davam edirdi. Biletlərin qiymətinin baha olması vətəndaşlarla yanaşı, Milli Məclisin deputatlarının da narazılığına səbəb olub.
Bəs AZAL-ın bundan sonrakı fəaliyyətində dəyişiklik olacaqmı? Biletlərin qiyməti ucuzlaşacaqmı?
azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin münasibətini öyrənib.
Deputat qiymət siyasəti və digər məsələlərdə yaxın zamanda hiss ediləcək dəyişikliyin olmayacağını düşünür:
"AZAL-da hansı dəyişiklilərin gedəcəyi, hansı qərarların veriləcəyi cəmiyyəti düşündürür. Ancaq tezliklə qiymət siyasətində, insanların hiss edib, görə biləcəyi dəyişikliyin olmasını gözləmirəm. Bu barədə çox deyildi, danışıldı. Amma heç bir nəticə görə bilmirik. Cahangir Əsgərov vəzifədən alınması ilə, yaxın müddətdə müsbət dəyişiklik olacağına inanmıram. Artıq bu məsələlərdə bir az inamsız olmuşam. Hazırda AZAL-ın rəhbərliyini həyata keçirən şəxsin açıqlamalarından, qərarlarından çox şey aslıdır. Bundan sonra hansısa dəyişikliyin olacağından danışa bilərik. AZAL cənab Prezidentin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub. Mənim Rəşad Nəbiyevə inamım var. Bu məsələrdə daha diqqətli olduğuna, insanların səsini eşitdiyindən xəbərdaram".
Razi Nurullayev qeyd edib ki, bu qurumun fəaliyyətində dəyişikliklərin olacağına dair insanların gözləntisi var:
"Açığını deyim ki, mən müsbət nəticə gözləmirəm. Ancaq insanların gözləntisi var. AZAL dövlətin vəsaiti ilə maaliyyələşir. Bütün təyyarələr dövlətin pulu ilə alınıb. Dövlətin pulu ilə alınması o deməkdir ki, normal xidmət görmək təyyarədən istifadə edən insanların haqqıdır. Bu gün müşahidə edirik ki, Azərbaycan xalqının əksəriyyəti AZAL-dan narazıdır. Xalq narazıdırsa, demək ki, çox ciddi tədbirlər görülməlidir. Bəs bu tədbirlər görülürmü? Kağız üzərində deyilir, danışılır, ancaq real nəticə görə bilmirik".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"