Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!

Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!"
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir sıra şəhərlərinə Sovet ordusunun 26 min nəfərdən ibarət bölməsi göndərildi. Hərbi müdaxiləsi nəticəsində 147 dinc sakin öldürüldü və 744 nəfər yaralandı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar" adı ilə düşdü.
Media.Az həmin hadisələrin şahidi olan Azərbaycan SSR Ali Soveti Sədrinin keçmiş müşaviri Cahangir Nəcəfovla söhbət edib.
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!"Mən qanlı hadisələrin episentrində idim. Yanvarın 14-də axşam - bazar gününün gecəsi idi, birdən bir telefon zəng çaldı. Azərbaycan Ali Sovetinin sədri mərhum Elmira Qafarova idi. Mən onun birinci müşaviri idim. Dedi ki, təcili olaraq Moskvaya uçmalıyıq. Hava limanında Belarus SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Georgi Tarazeviç və onun müşaviri ilə görüşdük. Biz dördümüz də SSRİ Ali Sovetinin İttifaq Şurasının rəhbəri Yevgeni Primakovun təyyarəsi ilə Moskvaya uçduq.
Yanvarın 15-də Moskvada Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclası keçirilməli idi. Eyni zamanda, Bakıda Azərbaycan Ali Şurası Rəyasət Heyətinin iclası başlamalı idi. Burada  Dağlıq Qarabağ Muxtar Vilayətində və sərhəd bölgələrində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqlənməli idi"
- Axı görüş baş tutmadı?
- Bakı iclasında kvorum yox idi, ona görə də qərar qəbul edilmədi, buna görə də Qorbaçov Moskvadakı iclası təxirə saldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov və ona bənzərlər isə saxatrarlıq edərək kvorumun olunduğunu və fövqəladə vəziyyət rejiminə icazə verildiyini elan etdi. Saxta sənəd əsasında SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Eyni zamanda, fövqəladə hallar mexanizmi ilə bağlı normativ akt qəbul edildi, halbuki SSRİ Ali Sovetinin Rəyasət Heyətinin belə səlahiyyəti yox idi, bu SSRİ Ali Sovetinin sessiyasının səlahiyyətinə aid idi. Qorbaçov faktiki olaraq iki dəfə SSRİ Konstitusiyasını pozdu.
- Siz bütün bu müddət ərzində Moskvadaydınız?
- Xeyr, yanvarın 18-də Bakıya qayıtdıq və ertəsi gün Elmira Qafarova məndən şəhəri gəzməyi, sonra da vəziyyət barədə məlumat verməyimi istədi. Vəziyyətin gərgin olduğu hiss olunurdu: kiçik barrikadalar qurulmuş, onların ətraflarına isə çoxlu sayda insanlar toplaşmışdı. İşə qayıdanda televiziya studiyasına bir avtobusun yaxınlaşdığını və oradan hərbçilərin çıxdığını gördüm. Yeri gəlmişkən, onlar nədənsə idman ayaqqabısında idilər. Bu barədə dərhal E.Qafarovaya məlumat verdim, o da DTK sədri Vaqif Hüseynova zəng etdi. Bundan sonra hərbçilər televiziya studiyasından uzaqlaşdılar, amma 30-40 dəqiqə sonra bir partlayış eşitdik. Məlum oldu ki, televiziya studiyasının enerji bloku partladılıb, nəticədə televiziya yayımı dayandırdı.
- Və bu boş yerə edilməmişdi…
- Əlbəttə ki, bu, sadə vətəndaşların Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə məlumat almasının qarşısını almaq üçün edilmişdi. Qorbaçov - bu əclaf, 19 yanvar axşam Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzaladı. Halbuki buna Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən icazə verilməli idi. Beləliklə, qanunsuz normativ akt Bakıya da şamil edildi.
- Doğurdanmı parlament heç nə edə bilmədi?
- Səhər həmkarlarımdan biri SSRİ rəhbərliyinin ünvanına bəyanat yazmağı təklif etdi. Azərbaycan SSR-də rəhbər vəzifədə olan kişilərdən heç biri onu oxumağa razı olmadı. Uzun müddət dilə tutduqdan sonra bunu Elmira Qafarova etdi. Mən onu öz maşınımda Ali Sovetə apardım, təsəvvür edin, ətrafda atışma var, biz faktiki olaraq özümüzü riskə atdıq. O, radioda xalqa müraciətlə çıxış etdi, lakin artıq axşam bütün şəhərdə zirehli texnika dayanmışdı.
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!- İnsanlar ordunun mülki əhalini amansızcasına qırmağa başlayacağını gözləmirdi, elə deyilmi?
- Əlbəttə, bunu heç kim gözləmirdi! Onlar vəhşi idi. Daha artığını deyəcəm, atəş açanlar və öldürənlər tamamilə qeyri-adekvat idi.
Sovet ordusu hərbçiləri yalnız etirazçılara deyil, yaşayış binalarına da atəş açdılar və mənzillərində gizlənən insanları öldürdülər. "Vətən" kinoteatrının direktorunun nəvəsi evində öldürüldü. O, sadəcə pəncərədən baxırdı. Pəncərədəki siluetə atəş açdılar. 
Yoldan keçən avtomobillərə və təcili yardım maşınlarına atəş açıldı. Həmin vaxt yaralılara kömək edən gənc həkim Aleksandr Marxevka da öldürüldü. Yadımdadır öz evinə gedən kor rus kişini süngü ilə vurdular.
Tanklar həm mülki, həm də xidməti maşınların üstündən keçdi. Dörd alimimizin əyləşdiyi avtomobilin üzərindən tank keçdi. Dəhşətli vəziyyət idi...
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!- Bu nə ilə izah edildi?
- Guya Bakıda qiyam olub, insanlar Sovet hakimiyyətinin devrilməsi üçün çıxış ediblər. Ancaq bu sadəcə bir bəhanə idi ...
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!- Bütün bunlar nə vaxt bitdi?
- 21 yanvar gündüz vaxtı xalq şairi Bəxtiyar Vahabzadə Ali Sovetə gəldi, respublika rəhbərliyi ilə fövqəladə sessiya keçirmək barədə razılığa gəldiyi üçün təcili olaraq deputatları toplamaq istəyi ilə mənə müraciət etdi. Axşam saat beşə qədər kvorum toplaya bildik, Bakıdakı qanlı hadisələri pisləyən qərar verildi.
22 yanvarda isə ölənləri dəfn etdik, Bakı qaraya boyandı, hər yerə qara bayraqlar asıldı və ölkədə matəm elan edildi. Atışma 23 yanvara qədər tamamilə dayandı. Ertəsi gün Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu keçirildi və Ayaz Mütəlibov birinci katib seçildi. Həyat tədricən normal axarına qayıtmağa başladı, amma insanlar depressiyaya düşmüşdü, əhval-ruhiyyə çox aşağı idi...
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!- Və ən dəhşətlisi budur ki, bu faciəni törədənlər hələ də bu vəhşiliyə görə cavab verməyiblər...
- Bu dəhşətli cinayətə görə heç kim cavab verməyib. Qorbaçov hərbi cinayətkardır. O, Haaqada Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mühakimə olunmalı idi, amma əvəzində Nobel Sülh Mükafatına layiq görüldü.
Cahangir Nəcəfovla müsahibə: "Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!

Sosial       Tarix: 20 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyə

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi meherremlik 2026 cəbhədən son xəbərlər son xeberler azerbaycan