Cahangiri: ABŞ sanksiyalarının son günlərindəyik
İranın Birinci vitse-prezidenti İsaq Cahangiri ölkəsinin ABŞ sanksiyalarının son günlərini yaşadığını söyləyib.
Publika.az xəbər verir ki, Cahangiri bu barədə paytaxt Tehranda keçirilən neft sərgisindəki çıxışı zamanı danışıb.
O bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən ölkənin xarici valyuta gəlirləri 100 milyard dollardan çox azalıb: "ABŞ sanksiyalarının son günlərindəyik. Qış bitdi, İran xalqını yaxşı günlər gözləyir. ABŞ-a qarşı mübarizə aparmaq əvəzinə hökumət qarşısında əngəl yaratmağa çalışanlara isə utanc qaldı", - Cahangiri qeyd edib.
Sanksiyalara baxmayaraq neft satışlarının dayanmadığını söyləyən rəsmi nitqinə bu cür davam edib: "Son aylarda neft və neft məhsulları ixracatında rekord qırdıq. İranın neft ixracatını sıfıra endirmək istəyən Tramp bilməlidir ki, bu sahədəki ixracatımız əvvəlki illərə nisbətən dörd dəfə artıb".
Akqabay

Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Tahir Gözel bu bankın prezidenti oldu
Premyer Liqa: Bu komandalar qarşılaşır