Cahillik - ideologiyaların inqilabi gücü

Cahillik - ideologiyaların inqilabi gücüCahillik - ideologiyaların inqilabi gücü
Aqşin Yenisey yazır...
Marks "Das Kapital"ı – kapitalizm dünyasının "Ölülər kitabı"nı yazanda sosialist inqilabının üç ölkədə - İngiltərə, Fransa və ABŞ – baş verəcəyini xəbər verirdi. Çünki Tomas Morun metaforu ilə desək, qoyunlar əvvəlcə İngiltərədə insanları yeməyə başlamış, sonra bu proses Fransaya və ABŞ-a sıçramışdı.
Amma inqilab çar Rusiyasında oldu.
Yuval Harari bunun səbəbini belə izah edir ki, Qərb ölkələrində Marksın məqalələrini, kitablarını, ən əsası "Das Kapital"ı işçi sinfi ilə yanaşı, kapital sahibləri də oxuyur və götür-qoy edirdilər. İşçilər məlum düzəni dağıtmağa hazırlaşdığı kimi, patronlar da onu qoruyub-saxlamaq üçün planlar cızırdılar.
Nəhayət, Avropada burjua sinfi seçim qarşısında qaldığını anladı: işçilər ya ölkənin, ya da kapitalın idarə olunmasında iştirak etməliydi. Qərbdə ikisindən birinin bir hissəsini işçi sinfinə güzəştə getməyə qərar verildi. Və patronlar kapitalı deyil, hakimiyyəti xalqla bölməyə üstünlük verdilər. Beləliklə, vaxtilə Yunanıstanda kölələrin deyil, ağaların haqlarını qoruyan demokratiya  bu dəfə kapitalizmi işçi sinfinin qəzəbindən xilas etdi.
Burjua demokratiyanı öz xilaskarı kimi "görəvləndirib", arın-arxayın yenidən öz pulunu saymağa başladı. Demokratik seçki yolu ilə ölkənin idarə olunmasında iştirak etdiyini düşünən işçi sinfi – sonralar onları "modern kölələr" adlandıracaqdılar – könüllü olaraq sərvətdən imtina etdi. Kapitalistlər isə yaxşı bilirdilər ki, xalqın seçdiyini, sevdiyini ya seçkidən əvvəl, ya seçkidən sonra pulla ələ ala biləcəkdilər. Çünki hələ Marksın, kapitalizmin olmadığı zamanlarda Makedoniyalı İskəndərin atası Filipp demişdi ki, qızılla yüklənmiş eşşəyin qarşısında bütün qalalar acizdir! 
Hətta bu gün də Qərbdə demokratik çoxluqdan əvvəl iş adamlarının "səsini" əldə etməyin vacib olduğunu bilməyən namizədə qız vermirlər.
Çar Rusiyasında isə söhbətin nədən getdiyini çox az adam bilirdi. Marksı bir neçə adam başa düşmüşdü, onlar da səhv başa düşmüşdülər. İnqilabi güc olan rus fəhlə-kəndliləri, ümumiyyətlə, "Das Kapital"da yazılanlardan xəbərsiz idilər. Onlar inqilaba da "ağa deyir, sür dərəyə, sür dərəyə!" düşüncəsi ilə hazırlaşırdılar. Rus burjuası isə onlarla nə hakimiyyəti, nə sərvəti bölmək fikrində idi. Çünki Pyotr dövlətçilik ənənələrini ancaq bir qrupun - zadəganların (dvoryanların) hakimiyyəti üzərində qurmuşdu. Pyotr fəhlə və kəndlilərdə dövlətçilik ruhunun olmadığını deyir, onları satqın və xain adlandırırdı. (Bu gün də rus elitası bu ənənəyə sadiqdir, onlar əmindirlər ki, Rusiyanı yalnız bir halda parçalamaq mümkündür: Pyotrun dövlətçilik fəlsəfəsini demokratik rejimlə əvəzləməklə. Demokratiya Rusiyada sosialist inqilabı kimi rus olmayanların arzusudur.) Rusiya öz mövcudluğunu təhkimli kəndlilərə (onlara fiziki mənada "can" deyirdilər) deyil, knyazlara, dvoryanlara borclu idi. Klassik Rusiya uğrunda ölənlər onlar idi. Hətta hərbi kommunizmin "Za Stalina!" şüarının banisi də, əslində, Pyotr idi. Rusiya həmişə avtoritar ölkə olaraq qalmalıydı!
Cahillikdə xalqdan heç də geri qalmayan çar burjuası öz "ayılığı" ilə inqilaba güc verdi. Dvoryanlar avropalı patronlardan fərqli olaraq, nə siyasi hakimiyyəti, nə sərvəti proletarlarla bölüşdülər, nəticədə, çəkic və oraqla silahlanmış milyonlarla ac hər ikisini zorla onların əlindən aldı. Rus proletar inqilabı bir daha cahilliyin inqilabi güc olduğunu sübut etdi. Niyə cahillik? Çünki bu aqrar imperiyada gücü təmsil edən milyonlar sosializmin, kommunizmin mənbəyi olan "Das Kapital"ı oxumamış, qulaqdan-qulağa, onlara necə deyilmişdisə, o cür eşitmişdilər, eynən Orta əsrlərdə İncili latıncadan, Quranı ərəbcədən oxuya bilməyən, qulaqdan-qulağa inanan və məsələn, "şeytanın ruhunu daşıdıqları üçün" Papanın əmri ilə küçələrdəki pişikləri öldürən milyonlarla təmiz qəlbli allah bəndələri kimi.
Nəhayət, bu dəfə inqilab öz avtoritarizmini qurdu və daha vəhşisini! SSRİ marksizm cahilliyinin şikəst doğulan övladı idi.  
"Ərəb baharı"nda da biz eynisinin şahidi olduq. İnqilabi Misir daha sərt diktatura ilə nəticələndi, Liviya vətəndaş müharibəsinə girdi, Suriya qarpız kimi dağıldı və s. Bəs inqilab çar Rusiyasını, Çini, Kubanı niyə dağıtmadı? Çox sadə bir səbəbdən. Çünki bu ölkələrdə inqilabın ilk işi öz övladlarını yemək oldu. İnqilab Rusiyasını parçalayacaq adamların hamısı inqilabın səhəri günü Stalinin qarnında idi. 
Qərb kommunizm inqilabından yayınsa da, ideoloji-hərbi kommunizm təhlükəsi ilə üzləşdi. İdeoloji kommunizmin qarşısına daha güclü bir ideologiya ilə çıxmaq lazım idi. Bu dəfə Qərb burjuasını millətçilik ideologiyası xilas etdi. Vaxtilə öz sərvətini xalqdan demokratik seçki yolu ilə qoruyan Qərb kapitalizmi bu dəfə həmin xalqın beynini milli ideyalarla doldurdu. Demokratiya və millətçilik əl-ələ verib qədim kapitalın keşiyini çəkməyə başladı.
Bütün bunları demokratiyanın və millətçiliyin tənqidi kimi yazdığımı düşünməyin, mən, sadəcə, dünyadan baş çıxarmaq üçün əvvəlcə ondan dərs çıxarmalı olduğumuzu demək istəyirəm. 
Platonun demokratiyanı tiranlığın mənşəyi kimi nəzərdən keçirdiyini, yaxud Kantın "demokratiya "despotizm"ə yol açır" dediyini bir qırağa qoyub, Hitlerdən tutmuş, Səddam Hüseynə, Hüsnü Mübarəkdən başlayıb, Bəşər Əsədə qədər bir xeyli (hələ bunun Latın Amerikası var) tiranın, despotun demokratik seçki yoluyla hakimiyyətə gəlməsi onu göstərir ki, seçkinin uğuru seçiləndən çox, seçənlərin səviyyəsindən asılıdır. 
Məsələn, kommunist Rusiyasının ilk dövründə hakimiyyət Lenindən Stalinə siyasi varislik  yoluyla ötürülməsə, seçki yoluyla dəyişəsi olsaydı, xalq nə intellektual Trotskiyə, nə Marksın özünə belə müxalif olan Bakuninə səs verəcəkdi, cahil çoxluq böyük ruh yüksəkliyi ilə Stalini seçəcəkdi. Çünki xalq şüurunun Trotski, Bakunin kimi Marks müridlərini anlayacaq, dəyərləndirəcək səviyyəsi yox idi Rusiyada. 
Öz gözümüzdəki tirə baxaq. Hər kəsin özünü başqalarından daha haqlı, yaxud daha çox haqlara sahib olduğunu düşündüyü cəmiyyət demokratik düşüncəli ola bilməz. Hər kəsin xüsusi imtiyazlar əldə etmək üçün insan haqları, söz və fikir azadlığı uğrunda ağız köpükləndirdiyi bir yerdə demokratiyadan söhbət belə gedə bilməz.
Şahidi və varisi olduğumuz sovet cəmiyyəti belə bir cəmiyyət idi; orada insanları haqlar yox, imtiyazlar maraqlandırırdı. Bu gün el arasında o düşüncə dəyişibmi? Kommunizm cahilliyinin yerini bu gün də demokratiya cahilliyi ilə doldurmamışıq ki?
Bu yazını yazaraq kor-koranə ləlöyünü olduğumuz demokratiyaya və ehtiyacımız olsa da, hər addımda kosmopolitizmin ayağına verdiyimiz millətçiliyə bir də bu gözlə baxmağımızı istədim – kapitalizmin iki ideoloji cangüdəni kimi...  /oxu.az

Sosial       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri