Cahit Bağçı Azərbaycana təşəkkür etdi
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə səfir tvitter hesabında qeyd edib.
"Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik", – deyə bildirib.
Qeyd edək ki, Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir