Canlı genetik silah "azadlığa buraxıldı
Canlı genetik silah "azadlığa buraxıldı"
Kornell Universitetinin (Nyu-York, ABŞ ) alimləri kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı silah kimi nəzərdə tutulan genetik cəhətdən modifikasiya olunmuş kələm güvəsi "Plutella xylostella"nı çöl şəraitində sınaqdan keçiriblər.
Bu barədə "Phys.org" nəşrində yerləşdirilmiş press-relizdə deyilir.
Relizə əsasən, tədqiqatçılar azadlığa modifikasiya olunmuş erkək güvələr buraxıblar ki, onlar dişi ilə cütləşdikdən sonra dünyaya gələn yeni fərdlərə dişi tırtılların sağ qalmağına imkan verməyən geni ötürürlər.
Genetik cəhətdən modifikasiya olunmuş həşəratların vaxtaşırı buraxılması zərərvericilərin yabanı şəraitdə çoxalmasına təsir göstərir. Gen populyasiyada təsbit edilir və bir neçə nəsil sonra güvənin tam yox olmağına gətirib çıxarır.
İstixanalarda aparılan ilkin tədqiqatlar göstərdi ki, həşəratların özünüməhdudlaşdıran xəttinin buraxılması zərərvericilərin populyasiyasını effektiv şəkildə azaldır və insektisidlərə davamlılığın yaranmasının qarşısını alır.
Bu texnologiya "gen daşıma" (gene drive) adlanır və insan tərəfindən dəyişdirilmiş genləri heyvanlar və ya bitkilər arasında tez bir zamanda yaymağa imkan verir. Alimlər bu üsuldan, həmçinin malyariya ağcaqanadlarının populyasiyasını azaltmaq və ya məhv etmək üçün istifadə etmək istəyirlər. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb