Canni De Byazi: "Qələbə qazanmağa təcrübə çatmadı"
Qələbə qazanmağa təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür.
Publika.az xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsində İrlandiya millisinin qonağı olan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək nəticəni qane hesab edirəm.
"Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hiss olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq" - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Dublin şəhərindəki "Aviva" stadionunda keçirilən İrlandiya - Azərbaycan oyununda qalib müəyyənləşməyib - 1:1.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var