Cavad Zərif: "İran işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazırdır" - YENİLƏNİB
Cavad Zərif: "İran işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazırdır" - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov Düşənbə şəhərində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşü zamanı Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.
"Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar", - məlumatda bildirilir.
09.36
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistan səfəri çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Bu barədə İRNA məlumat yayıb.
Görüş zamanı tərəflər Qafqazda baş verən son proseslər, Xəzər dənizində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər iqtisadi-siyasi mövzuları müzakirə ediblər. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına