Çavuşoğlu Mirzoyanla görüşündən danışdı: "Regionda sülhün olması hər birimizin xeyrinədir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünün nəticəsinə dair açıqlama verib.
M.Çavuşoğlu jurnalistlərə bildirib ki, Mirzoyanla görüş səmərəli və məhsuldar olub.
"Türkiyə və Ermənistanın münasibətlərin normallaşması üçün təyin etdiyi xüsusi nümayəndələr iki dəfə görüşüblər. Görüşün biri Moskva, digəri isə Vyanada baş tutub.
Biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir. Erməni həmkarım ilə bu mövzuda danışdım", - deyə M.Çavuşoğlu vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə ilə Ermənistan ikitərəfli münasibətləri inkişaf etdirmək üçün təmasları davam etdirəcək.
Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.
Qeyd edək ki, Çavuşoğlu-Mirzoyan görüşü mətbuata qapalı keçirilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR