Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi
Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər.
KONKRET.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq konfransda bəyan edib.
O qeyd edib ki, Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin sülh razılaşmasına itkin düşmüş şəxslərlə bağlı müddəanın daxil edilməsi mühüm göstəricidir.
Çavuşoğlu bildirib ki, bu məsələ daha geniş sülh prosesinin tərkib hissəsi kimi qəbul edilir. O vurğulayıb ki, itkinlərlə bağlı problemin sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi tanınması insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq.
"Cənubi Qafqazda sülh yalnız hərbi əməliyyatların başa çatması ilə yekunlaşmamalıdır. Sülh itkin düşmüş şəxslərin ailələrinin həyatına və qəlbinə də gəlməlidir", – deyə Çavuşoğlu qeyd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Millətlər Liqası: Bu gün daha 10 oyun var
Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
Maşın məktəbli qardaşları vurdu
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO
Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
Bu vətəndaşların kredit borcu silinəcək
AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
"Bitcoin" 190 min dolları keçə bilər