"CBC Sport"un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir?
"CBC Sport" telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb.
Prosport.az-ın xəbərinə görə, bunlar İsmayıl Abdullayev, Fərid Axundov, Emin Ağa və Əli Cəfərovdur.
Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, "CBC Sport" maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub.
"Neftçi TV"də də işləyən şərhçi İsmayıl Abdullayev bundan sonra TV.Net provayderinin verdiyi oyunları şərh edəcək.
Fərid Axundov Türkiyədə doktorantura təhsili alacaq. Emin Ağa yeni yaradılmış idman saytında, Əli Cəfərov isə "Xəzər TV"də işə başlayıb.
Telekanal yaxın günlərdə yeni müxbir və şərhçilərin tapılması üçün kastinq elan edib. Bəlli məsələdir ki, TV təcrübəsi olmayan yeni əməkdaşlar daha az maaşa çalışmağa razılıq verəcəklər. Emin Ağanın aparıcısı olduğu "Bizim idman" verilişini isə bundan sonra tanınmış jurnalist Pərviz Musayev aparacaq.
Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli AFFA-da Mətbuat Xidmətinin rəhbəri təyin olunduğundan "CBC Sport"dan ayrılmalı olmuşdu. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"