Cəbhədə darmadağın olan Ermənistana bir zərbə də ABŞ-dan GƏLDİ: 3 ay ərzində sərt şəkildə...
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək uğrunda başlatdığı əks-hücum əməliyyatları qarşısında darmadağın olan Ermənistana bir zərbə də "Fitch Ratings"dən gəlib.
Publika.az xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən kredit reytinqi agentliyi Ermənistanın kredit səviyyəsinin aşağı endirildiyini bildirib.
Agentlikdən verilən açıqlamada Ermənistanın "BB-"də olan valyuta növündən uzunmüddətli kredit reytinqi səviyyəsinin "B+"ə endirildiyi, səviyyə təsvirinin isə "sabit" olduğu qeyd edilib.
Ermənistanda bu ilin ilk yarısında iqtisadi tənəzzülün proqnozlaşdırılandan daha sərt olduğu ifadə edilən açıqlamada bunun da ictimai borca yol açdığı vurğulanıb. Bildirilib ki, ölkənin ictimai borcu ilin sonuna qədər ehtimal olunandan daha çox artacaq: "Ermənistanda borc səviyyəsinin konkret şəkildə azaldılacağına dair etibarımız qalmayıb".
Agentlik xəbərdarlıq edib ki, Dağlıq Qarabağla bağlı gərginliyin davam etməsi təqdirində hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və iqtisadiyyat 6,2 faizlə sərt şəkildə tənəzzülə uğrayacaq.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək