Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötürCəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
azxeber.com-un məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.
Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.
Azərbaycan Respublikasında "Cəbrayılın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib.
Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib.

Sosial       Tarix: 04 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı

Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır. xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbayca

30 şagirdli sinif, yoxsa 15? – Hansında təhsil daha keyfiyyətlidir?

Sinifdə şagird sayının çox olması müəllimin hər bir uşağaayırdığı diqqəti azalda bilərmi? Yoxsa təhsilin keyfiyyətini müəyyən edən əsasamil sinifdəki şagird sayı deyil, müəllimin hazırlığı, məktəbin imkanları və tədrismetodlarıdır? 

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmi

Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var

Sentyabrın 27-də saat 22:15 radələrində Gəndov–Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, əks istiqamətlərdə hərəkətdə olan VAZ-210

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər

"Gecə yuxusunun kifayət qədər olmaması yaşlı insanlarda bir sıra sağlamlıq problemlərinin yaranma riskini artıra bilər. Xüsusilə uzunmüddətli yuxu çatışmazlığının Alzheimer xəstəliyi və şəkərli diabetlə əlaqəli ola biləcəy

Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayı

Gədəbəyin yeni icra başçısı kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu barədə sentyabrın 28-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. yeni icra başçısının dosyesini təqdim edir:

Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məluma

"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur. 2020-ci il sentyabrın 27-də Azərbayca


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri bugünkü son xəbərlər son xeberler bugun 2026 azerbaycan cəbhədən görüntüleri