Cəlilabadda avtomobil 3 piyadanı vurub
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Azxeber.com "report"a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.