Cəlilabadda yol qəzası: "Mercedes" işıq dirəyinə çırpılıb onu aşırdı - FOTO
Cəlilabadda yol qəzası: "Mercedes" işıq dirəyinə çırpılıb onu aşırdı - FOTO
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb.
"Mercedes" daha sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.