Cənubi Azərbaycanda AZADLIQ HƏRƏKATI başladı - Güneyli fəallardan ÖZƏL

Azərbaycan müstəqillik qazanandan bu günə qədər İran ölkəmizə düşmən münasibəti bəsləyib. Rəsmi Tehran normal qonşuluq münasibətlərinə üstünlük vermək əvəzinə, hər zaman qarşıdurma yaratmağı daha üstün tutub. Çünki Azərbaycanın hər gün inkişaf mərhələsinə qədəm qoyması, yeni reallıqlar yaratması həm də Güney Azərbaycan üçün stimuldur. Yəni, İran narahatdır ki, qonşuluğunda belə bir ölkənin varlığı daxilindəki azərbaycanlılar üçün də milli dövlət qurmaq baxımından örnək ola bilər. Bunun qarşısını almaq üçün də müxtəlif faktorlardan istifadə edib, təzyiq və təhdidlərlə bu amilin qarşısını almağa çalışır. Lakin İran unutmamalıdır ki, Azərbaycanın torpaqları artıq Ermənistanın işğalı altında deyil ki, Cənub qonşumuz yenə də bundan istifadə edib çirkin niyyətlərini həyata keçirsin.
KONKRET.az-a danışan Güney Azərbaycanlı ekspertlər İranın narahatlığının səbəbi, Güney Azərbaycanda baş verən proseslər və digər analoji amillərə bağlı fikirlərini bildiriblər.
Siyasi şərhçi Çingiz Göytürk bildirib ki, İran nə qədər özünü İslam dövləti adlandırsa da, İslam bu dövlət üçün ancaq öz fars şovinistliyini, irqçi mahiyyətini ört-basdır etmək üçün bir vasitədir:
Cənubi Azərbaycanda AZADLIQ HƏRƏKATI başladı - Güneyli fəallardan ÖZƏL"Ona görə də İranın Azərbaycana qarşı aqressiyasının köklərini, onun şovinist mahiyyətində və bu ölkənin öz sərhədləri daxilində axtarmaq lazımdır. Məlumdur ki, İran adlanan məkanda, Güney Azərbaycan dediyimiz coğrafiyada 40 milyona yaxın azərbaycanlı yaşayır. Bu azərbaycanlılar həm Şeyx Məhəmməd Xiyabaninin, həm də Seyid Cəfər Pişəvərinin dövründə öz milli hökumətlərini qurublar. Düzdür, həm daxili, həm də müxtəlif qlobal güclərin dəstəyi ilə İran hakimiyyəti bu milli hökumətləri süquta uğratsa da, azərbaycanlılar yenə də milli dövlətlərinin bərpası, öz milli dövlətlərini qurmaq üçün dəfələrlə ayağa qalxıb, inqilablar edib və yerli hakimiyyətə baş ağrısı olublar. Yəni, İran hakimiyyəti Azərbaycan xalqının, Azərbaycanın Güneyindəki insanların iradəsini heç vaxt qıra bilməyib. Azərbaycan türkləri hər zaman milli dövlətçiliyi uğrunda mübarizəni özünün həyat fəlsəfəsi hesab edib".
"1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycanın Güneyindəki hərəkat da ciddi stimul qazandı. Məhz müstəqil Azərbaycan dövləti Azərbaycanın Güneyindəki insanların istəklərində də ciddi rol oynadı və İran təbii ki, bu məsələdən narahat olmağa başladı. Bunun qarşısını almaq üçün də özlərinin ifadəsi ilə desək, onlar belə bir təhlil irəli sürüdülər ki, Güney Azərbaycanda insanların ayağa qalxmasını istəmirlərsə, yeni inqilablara qarşıdırlarsa, bunun qarşısını məhz Quzey Azərbaycanda almaq lazımdır. Yəni, Quzey Azərbaycandakı dövlətimizin inkişafına həm daxili, həm də xarici faktorlarla mane olmaq istəyirdilər ki, dövlətin zəifləməsinə nail olsunlar, bununla da Güneydəki hərəkatın da qarşısını ala bilsinlər"-deyə, Göytürk vurğulayıb.
Onun sözlərinə görə, İran Azərbaycanın güclənməsinin qarşısını almaq üçün ilk növbədə daxili faktorlara əl atdı:
"Tehran rejimi bunun üçün ilk növbədə şiəlikdən istifadə elədi. Yəni, din adı altında Azərbaycanda hərc-mərclik yaratmağa çalışdı. Xarici faktor kimi isə təbii ki, ən yaxşı vasitə ermənilər idi. İran ermənilərdən istifadə etməklə Azərbaycana qarşı məkrli planlarını həyata keçirdi".
Müsahibimiz hesab edir ki, ermənilərlə fars şovinistliyini birləşdirən ən böyük ortaq cəhət ikisinin də qatı Azərbaycan düşməni olmasıdır:
"Fars şovinistləri 30 ildən çox Azərbaycana qarşı Ermənistandan vasitə kimi istifadə ediblər. Bu amil bu gün də davam edir. Arzu və istəkləri sadəcə bundan ibarətdir ki, Azərbaycanın Quzeyindəki dövlətimizi zəiflətməklə, Azərbaycanın Güneyindəki hərəkatın da inkişaf etməsinin qarşısını alsınlar. Bu, tamamilə absurd istək idi və ona görə də heç bir nəticə vermədi. Çünki Azərbaycanın Güneyindəki hərəkat çox ciddi bir inkişaf mərhələsinə qədəm qoyub və artıq bu hərəkat milli azadlıq hərəkatı xarakterini qazanıb. Bu gün şovinist fars hakimiyyətinin bütün təzyiqlərinə rəğmən, Azərbaycan milli hərəkatı öz hədəflərinə doğru gedir. Səslənən əsas şüarların azadlıq, ədalət və mili hökumət olması isə bunun sübutudur".
"Bizim apardığımız mübarizədə Azərbaycanın varlığı bizə çox böyük stimul verir. Çünki Azərbaycan bizim üçün əsl dövlətçilik modeli və nümunəsidir. Azərbaycan xüsusən də Qarabağdakı böyük zəfərdən sonra regionun liderinə çevrilib və bu fakt Azərbaycanın Güneyindəki hərəkata da böyük güc qatır. Üstəlik, hörmətli prezidentimiz İlham Əliyevin Türk Dövlətləri Təşkilatının iclasında ifadə etdiyi fikirlər Azərbaycanın Güneyindəki hərəkat üçün yeni bir nəfəs oldu. Bir sözlə, Güney Azərbaycandakı mübariz insanlar azərbaycançılıq ideyası istiqamətində, öz milli dövlətçiliyinin yaradılması uğrunda çox geniş bir mübarizəyə başlayıb və bu mübarizə milli azadlıq hərəkatı kimi geri dönməz bir xarakter alıb"-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.
Güney Azərbaycanlı siyasi fəal Məhsa Mehdili isə açıqlamasına ermənilərlə İran rejiminin strateji müttəfiq olması ilə başlayıb:
Cənubi Azərbaycanda AZADLIQ HƏRƏKATI başladı - Güneyli fəallardan ÖZƏL"Quzey Azərbaycanda müstəqil dövlətin varlığını İran özü üçün təhdid hesab edir. Halbuki, ağıllı dövlət düşünməlidir ki, onun ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır və onların vasitəsi ilə həm Azərbaycan Respublikası, həm də Türkiyə ilə müsbət əlaqələr qurmaq olar. Ancaq İran o qədər yarıtmaz və səriştəsiz, üstəlik öz xalqına qarşı qəddar siyasət həyata keçirir ki, bu siyasətinin məntiqi nəticəsi kimi Azərbaycanı da özünə düşmən hesab edir. Ona görə də qəsdən Azərbaycanla problem yaradır və bu problemləri aktiv fazada saxlayır. Buna misal olaraq da Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasını göstərə bilərik. Yəni, İran Qarabağın işğal altında olmasını ona görə istəyirdi ki, bu faktordan Azərbaycana qarşı istifadə eləsin. Buna görə də birmənalı olaraq Ermənistana dəstək nümayiş etdirirdi".
"Lakin İkinci Qarabağ müharibəsindən sonra İranın narahatlığı daha da artıb. Çünki Azərbaycanın ciddi bir probleminin olması, bütün potensialını o problemin həllinə sərf etməsi ilə nəticələnirdi ki, bu da İrana sərf edirdi. İndi isə bu problem aradan qalxıb və İran daha da narahat olub. Çünki İran heç vaxt güclü Azərbaycan istəməyib. Bildiyimiz kimi, Vətən müharibəsindən sonra regionda yeni reallıqla yaranıb. Amerika və Rusiya müxtəlif vasitələrlə regiona daxil olmaq istəyir. Həmçinin, Azərbaycan-Türkiyə birliyinin regionda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu görürük. Hətta, Ermənistan-Azərbaycan, Ermənistan- Türkiyə əlaqələri də normallaşmağa doğru gedir ki, bütün bunların hamısı İranın regionda məhv olması deməkdir. Yəni, İran ağıllı dövlət olmadığı və əlində olan imkanlardan yanlış istifadə etdiyi üçün proseslərdən kənarda qalıb. Ona görə də baş verənləri həzm edə bilmir".-deyə, fəal əlavə edib.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın regionda günü- gündən artan nüfuzu, Azərbaycan-Türkiyə birliyinin regionda aparıcı söz sahibinə çevrilməsi İran üçün qorxulu yuxuya çevrilib: "Ona görə də İran bu amili fərqli şəkildə nümayiş etdirir. Çünki İran ağıllı dövlətçilik ənənəsinə sahib deyil. Ağıllı dövlət olmadığı üçün də bu cür addımlar atır".
Mərahim Nəsib,
KONKRET.az

Siyasi     Baxılıb: 247   Tarix: 04 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xocalıda ədalətin təntənəsi

Azərbaycan artıq yeni bir dövr başlanğıcındadır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi

Bakı Şəhər Statistika İdarəsinə yeni rəis müavini təyin olundu

Dövlət Statistika Komitəsinin (DSK) Bakı Şəhər Statistika İdarəsinə yeni rəis müavini təyin olunub.  xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Gözəlova Məlahət Fami

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlanan proseslər regionda yeni və çoxqatlı geosiyasi dinamika formalaşdırdı. Hadisə ilkin mərhələdə texniki və ya hərbi insident kimi qiymətləndirilsə də

SON DƏQİQƏ! ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇİR: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi cəmləşdirildi

ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisi, təxminən 40 min hərbçi və hər birində orta hesabla 70 təyyarə olan ən azı yeddi aviasiya qanadından ibarət böyük hərbi qüvvə toplayıb. Bu barədə Financial Times qəzeti məlumat yayıb. xəbə

Rusiyanın Avropanı təhdid etməsi Vaşinqtonun da maraqlarına uyğundur' - Politoloq

Ötən gün Rusiya xarici naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Rusiyanın müharibə axtarmadığını və müharibə istəmədiyini bildirib. O qeyd edib ki, əgər Avropadakı qonşu ölkələr səhvlərini etira

Azərbaycanla İran memorandum imzaladı

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.  xəbər verir ki, Azərbaycan Respublikas

Gürcüstan qapıları bağlayır: Azərbaycanlılara qarşı sərt məhdudiyyətlər işə düşür — AÇIQLAMA

Gürcüstanda miqrantlara qarşı yeni peşə qadağalarının tətbiqi ilə bağlı qərarlar gündəmə gəlib. Məlumata görə, bu məhdudiyyətlər ölkədə yaşayan xarici vətəndaşların müəyyən sahələrdə fəaliyyətinə təsir göstərir. Qərarın əhat

Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur

"Vaşinqtonda baş verən hadisə göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur". Bu sözləri -a açıqlamasında bu "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhç

Səfirlik bəyanat yaydı: Prezidentin korteji otelə yaxınlaşarkən

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb. KONKRET.azreport-a istinadla xəbər verir ki, bəyanatda bildirilir ki, fevralın 19-d


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun en son xeberler bu gun en son xeber ən son xəbərlər