Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur

Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulurCənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur
Vətən müharibəsində qələbəmizin yaratdığı reallıqlar Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivlərini yenidən nəzərdən keçirməyi zəruri edib.
Bu məsələlər mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən tədbirdə geniş və ətraflı şəkildə müzakirə edildi.
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin səkkiz il öncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılması barədə verdiyi qərar da dövlətimizin başçısının digər uzaqgörən addımları qədər düşərli olmuşdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya səviyyəsində get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edir.
Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, Mərkəz beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı. Mərkəz bütün sahələrdə Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmiş, bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmiş, tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başlamışdır. COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəz yenə də çox fəal işləyir, yeni texnologiyalardan tam yararlanmaqla öz səylərini davam etdirir.
"Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" mövzusu isə cənab Prezidentin dediyi kimi, regionda son hadisələr, Vətən müharibəsi nəticəsində vəziyyətin tam dəyişməsi ilə aktuallaşmışdır. Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi.
Müzakirə iştirakçıları olan Nizami Mərkəzinin üzvləri əsasən sabiq dövlət başçıları, keçmiş nazirlər, keçmiş səfirlər, nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etmiş şəxslər olduğundan dialoqlarda yüksək mədəniyyət, kübarlıq duyulurdu və müzakirə olunan məsələlərin ciddiliyi barədə təsəvvürlərin dəqiqliyini artırırdı. 
Cənab Prezident müzakirədə işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsində beynəlxalq bankların rolunu necə görməsi barədə sualı cavablandırarkən ölkəmiz üçün nəyin sərfəli olduğunu açıq söylədi. İşğaldan azad olunmuş ərazilərin daha müasir arxitekturaya, daha müasir tələblərə cavab verən bir bölgə kimi inkişaf etdirilməsinə diqqət çəkdi və qeyd olundu ki, əcnəbi və yerli investorlar əgər işğaldan azad edilmiş ərazilərdə layihələri həyata keçirməyə kömək etsələr, bizi bu sevindirmiş olardı.
Müdrik dövlət başçımız müharibədən sonrakı düzəndə Azərbaycan-Ermənistan münasibətlərinin qurulması və Qarabağın iqtisadi cəhətdən dirçəldilməsi işinə supergüc dövlətlərin, eləcə də BMT-nin, Avropa İttifaqının, ATƏT-in Minsk qrupunun, Qoşulmama Hərəkatının necə köməklik göstərə biləcəyi barədə ona verilən sualları da tutarlı arqumentlərə cavablandırdı, Azərbaycanın milli maraqlarından çıxış etdi. Nizami Mərkəzi, bu nadir beynəlxalq institut, eyni dəyərləri paylaşan insanlar sayəsində yaranıb. Nizami Mərkəzindəki böyük şəxsiyyətlərın sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərdən meyarları müəyyən edir. Hamını əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir.
Əliabbas Salahzadə,
millət vəkili /oxu.az

Siyasi       Tarix: 24 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat