"Cənubi Qafqaz uğrunda döyüş həlledici mərhələyə qədəm qoydu"

" class="imgbcode" />"Belə təəssürat yaranır ki, Vaşinqton haqlı olaraq Meğri əvəzinə İran üzərindən Azərbaycan-Naxıcavan dəmir yolunun çəkilməsi ideyasından qıcıqlanıb. Bunun səbəbini görmək çətin deyil".
KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Kerob Sarkisyan özünün analitik materialında vurğulayıb. O daha sonra yazıb: "Vaşinqton ümid edir ki, Nikol vasitəsilə Ermənistan üzərində geosiyasi nəzarəti əldə edəcək, yəni faktiki olaraq Meğri və digər marşrutlara təsirini davam edəcək. Baxmayaraq ki, bütün bunlar "sülh müqaviləsi"nin Brüssel modelinə daxil etməyə çalışdıqları "Ermənistanın suverenliyi"nin gözəl qablaşdırmasında rəsmi şəkildə təqdim olunacaq. Və belə bir variant, birincisi, Rusiya-İran oxuna, ikincisi, Türkiyə-Azərbaycan tandeminə də sərfəli deyil".
Analitik daha sonra bildirir ki, "Hazırda Rusiya-İran dözümsüzlüyü səbəbindən Türkiyə-Azərbaycan tandeminin ən çox arzuladığı "Zəngəzur dəhlizi"nə nail olmaq mümkün deyil. Dünən Rusiya Xarici İşlər Nazirliyi onun hansı kommunikasiya sxemini təklif etdiyinə növbəti dəfə münasibət bildirib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın şərhinə görə, "Biz hər hansı konkret marşrutun yaradılmasının tərəfdarı deyilik, lakin Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıyıq və bunun şəffaf şəkildə baş verməsini istəyirik.
Onun sözlərinə görə, bu heç də Ermənistanın hər hansı bir hissəsinin, o cümlədən Meğrinin suverenliyinin pozulması demək deyil. Zaxarova deyir ki, üçtərəfli işçi qrupunda ölkələrin öz ərazisindən keçən marşrutlar üzərində suverenlik və yurisdiksiyaya malik olması ilə bağlı güclü anlaşma əldə olunub. Ərazidənkənar dəhlizlərin yaradılması haqda heç vaxt söhbət olmayıb və bu, Ermənistan tərəfinə də yaxşı məlumdur.
Əgər bu mexanizm Amerikanın təzyiqi nəticəsində işləməsə, o zaman Bakı İran ərazisindən Naxçıvana keçməyi üstün hesab edir.
Vaşinqton aydın başa düşür ki, Çin və Hindistandan Avropaya qədər planlaşdırılan kommunikasiya meqalayihələrinə istənilən nöqtədə nəzarət etmək imkanını əldən vermək olmaz.
Ona görə də Vaşinqton gərgindir. ABŞ-da başa düşməyə balşayıblar ki, Qarabağın erməni əhalisinin boşaldılmasına imkan verməklə ciddi səhv edib. Nəticədə amerikalıların hazırda regiona təsir rıçaqları əhəmiyyətli dərəcədə azalıb. Yəni indiyə qədər Qarabağ kartını oynamaqla Əliyevi Qərb istiqamətində saxlaya bilirdilərsə, indi Azərbaycan Prezidenti çox sakit şəkildə öz oyununu oynayır.
Ona görə də deyəsən, Birləşmiş Ştatlar Qarabağ mövzusunu gündəmə gətirməyi düşünür. Ən azı, bir tərəfdən, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Dağlıq Qarabağa həsr olunmuş dinləmələrin keçirilməsi faktının özü buna işarə edir.
Başqa sözlə, amerikalılar çox fəallaşıb. Yüksək rütbəli siyasətçilər Ermənistanda nə gözlədiklərini ortaya qoyublar. Onlar hesab edir ki, regionda sülh olmalıdır. Sülh indi niyə vacibdir? İlk növbədə iqtisadi baxımdan. Mərkəzi Asiya öz malları üçün yeni marşrutlar axtarır. O marşrutlar da cənubdan, Ermənistandan keçə bilər. Növbəti məsələ Ermənistan və Azərbaycanın seçimidir, onlar gələcəkdə hansı siyasi münasibətlərə malik olmaq istəyirlər, onlar gələcəyi regional təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurmaq istəyirlərmi? Hesab edirəm ki, bu, qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün. Onların indi fərqli seçim etmək imkanı var və indi biz bunu aydınlaşdırırıq və mən proqnozlaşdırıram ki, yaxın həftələrdə bir neçə yüksək səviyyəli təmaslar olacaq.
Yeni bir şey yoxdur, lakin bu ifadənin əsas mənası hər şeyin son dərəcə aydın şəkildə təqdim edilməsidir. Vaşinqton Ermənistan və Azərbaycanda nəzarəti istəyir. Birincisi, iki ölkəni Rusiya və İrandan ayırmaq, ikincisi, Amerikanın nəzarətini Mərkəzi Asiyaya gətirmək. Və hər hansı başqa variant olarsa, "çox güclü müxalifət olacaq" deyə hər iki ölkəni hədələyirlər. Vaşinqton prosesləri yaxın bir neçə həftə ərzində həlledici mərhələyə gətirəcək".
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar