Cənubi Qafqazda ABŞ-Rusiya qarşıdurması - Kim qalib gələcək?

Cənubi Qafqazda ABŞ-Rusiya qarşıdurması - Kim qalib gələcək?Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün iki platforma mövcuddur. Bunlardan biri Qərb, digəri isə Rusiyadır. ABŞ-ın yanaşmasına qısqancıq edən Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Bunun müxtəlif səbəbləri olsa da, hər halda Qərbin dəstəyi ilə aparılan danışıqları daim arxa plana atmaq üçün Rusiya müxtəlif variantlar üzərində iş aparır. Bəzi hallarda öz məqsədinə nail olan rəsmi Moskva Qərbin Qafqaz regionunda mövcudluğuna qarşıdır. 28 il ATƏT-in Minsk qrupuna həmsədrlik edən bu dövlətlər ayrı-ayrı siyasi qütblərdə dayansalar da erməni məsələsində mövqeləri eynidir. Dünyanın hər iki nəhəngi Ermənistanın maraqlarını təmin etmək üçün hər cür hiyləyə əl atmaqdan çəkinmirlər. Rusiya isə Cənubi Qafqazda qalmaq üçün hər təxribata hazırdır.
Ümumiyyətlə, Rusiya Qafqaz regionundakı konfiliktlərdə böyük rol oynayır və onların həllində maraqlı deyil. Politoloqlar hesab edir ki, həmin münaqişələrin həll edilməsi Rusiyanın Qafqazı itirməsiylə nəticələnə bilər. Rusiyada isə fərqli düşünürlər.
Bu ölkənin ABŞ-dakı səfir Anatoli Antonov bildirib ki, ABŞ Tbilisi, Suxumi və Sxinvali arasında güc tətbiq etməmək barədə sazişin bağlanmasına şərait yaratmaq əvəzinə, regionda vəziyyəti gərginləşdirir.
Diplomatın fikrincə, Amerika administrasiyası həqiqətən də regionda sülhü təmin etməyə meyillidirsə, o zaman Rusiyaya qarşı ittihamlardan əl çəkməli və sanksiyaları dayandırmalıdır.
Eyni zamanda Rusiya ilə Gürcüstan arasında əlaqələrin nizamlanmasına mane olmamalıdır. Səfirin sözlərinə görə, ABŞ qəsdən 2008-ci il hadisələrinin məsuliyyətini başqasının üzərinə qoyur. Bu yük də faktiki olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin üzərinə düşür. Dövlət Departamenti Gürcüstandakı müharibənin 15-ci ildönümü ilə bağlı bəyanat yayıb və Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri