Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunurYaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki, Tehran və Moskvanın mövqeyi layihənin icrasına təsir göstərə bilər. Digərləri isə beynəlxalq dəstəyin bu təşəbbüsün reallaşmasını sürətləndirəcəyini düşünür.
Bəs regionda davam edən geosiyasi gərginlik Zəngəzur dəhlizinin həyata keçirilməsini risk altına ala bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, regionda baş verən hadisələr bu və ya digər şəkildə Cənubi Qafqaza da təsir göstərir.
Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunurOnun sözlərinə görə, bəzi ekspertlər İran–ABŞ qarşıdurmasının Zəngəzur dəhlizinin açılması prosesinə mənfi təsir göstərə biləcəyini düşünürlər.
"Bu fikri irəli sürənlər əsasən İran və Rusiyanın dəhlizə mənfi münasibətini əsas gətirirlər. Lakin hesab edirəm ki, İran və Rusiya nə qədər cəhd göstərsələr də, bu layihənin qarşısını almaq onlar üçün o qədər də asan olmayacaq. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, ABŞ dəhliz üzrə nəzarət mexanizmində iştirak edəcək və bu istiqamətdə Ermənistanla da müvafiq anlaşma imzalanıb.
Texniki, hüquqi və maliyyə məsələləri böyük ölçüdə həllini tapıb. Düşünürəm ki, ABŞ yaxın dövrdə bu istiqamətdə konkret addımların atılması ilə bağlı qərar verəcək. Vaşinqton prosesdə qətiyyətli mövqe nümayiş etdirsə, İran və Rusiyanın layihəni əngəlləmək imkanları kifayət qədər məhdud olacaq".
Ekspertin fikrincə, bu il Zəngəzur dəhlizi ilə bağlı praktiki addımların atılması üçün real imkanlar mövcuddur.
O, həmçinin Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin bu məsələ ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı da layihə üzrə irəliləyişlərin bu il mümkün olduğunu ifadə edib.
"Risklər mövcuddur, lakin hesab edirəm ki, onlar layihənin reallaşmasını dayandıracaq səviyyədə deyil. Əksinə, bu il Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində əməli addımların atılmasının şahidi ola bilərik".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 14 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri