Cənubi Qafqazın gələcəyi bu müharibədən asılıdır - "Yatmış ayı" oyanacaq və
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "Avropa ilə müharibə edə bilmərik" bəyanatı gündəmdə geniş rezonans doğurub. Siyasi dairələrdə bu açıqlamanın həm Moskvanın real mövqeyini, həm də informasiya savaşının elementlərini əks etdirə biləcəyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bəs, bu bəyanatların fonunda postsovet məkanında, xüsusilə, Cənubi Qafqazda hansı geosiyasi dəyişikliklər baş verə bilər?
Məsələni KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Medvedevin sözləri hazırkı reallığı əks etdirir:
"Rusiyanın Avropa ölkələri ilə müharibə aparması əslində NATO ilə savaş deməkdir. Çünki Avropa məkanında dövlətlərin əksəriyyəti NATO üzvüdür və alyansın kollektiv müdafiə mexanizmi mövcuddur. Bu səbəbdən Moskvanın Avropa ilə müharibəyə girməsi real deyil. Rusiya nə hərbi, nə də iqtisadi resurs baxımından NATO ilə toqquşmaya hazırdır. Hətta Vladimir Putin illər öncə etiraf etmişdi ki, NATO ilə müharibəni təsəvvür etmək belə mümkün deyil və bu, Rusiya üçün fəlakətli nəticələr doğura bilər".
Politoloqun sözlərinə görə, hazırda əsas həlledici məqam Ukraynadakı müharibədir:
"Ukrayna savaşının nəticələri həm NATO–Rusiya münasibətlərinin, həm də bütövlükdə postsovet məkanında Moskvanın davranışlarının istiqamətini müəyyən edəcək. Əgər Rusiya bu müharibədən məğlub ayrılarsa, Cənubi Qafqaz da daxil olmaqla MDB ölkələrinə qarşı uzunmüddətli aqressiv siyasət yürütməyəcək. Amma əksinə, Rusiya qalib gələcəyi təqdirdə, postsovet məkanında daha sərt və təhdidkar mövqe ortaya qoya bilər".
Elçin Xalidbəylinin fikrincə, məhz Ukrayna cəbhəsindəki nəticələr Cənubi Qafqazda geosiyasi balansı da birbaşa formalaşdıracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib