Çəpər əyriliyi, yoxsa estetik əməliyyat? - Araşdırma

Çəpər əyriliyi, yoxsa estetik əməliyyat? - Araşdırma70-80 faiz insanda burun çəpəri əyriliyi olsa da, heç də hamıda əməliyyata ehtiyac yoxdur
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
"Burun əməliyyatı etdirənlərin 90 faizi deyir ki, məndə çəpər əyriliyi var idi, əsas ona görə əməliyyat etdirdim. Dedim olmuşkən, estetik də olsun".
"Burnunu estetik əməliyyat etdirir, soruşanda, "burun çəpərim əyri idi, ona görə etdirdim" deyir".
Düzdür, Azərbaycanda ən çox aparılan estetik əməliyyat burun əməliyyatıdır. Dünyada isə ən çox müraciət edilən estetik əməliyyatlar sırasındadır. İşin estetik tərəfini inkar etmək olmaz, ancaq burun çəpəri əyriliyi probleminə çox insanda rast gəlinir. Hətta statistik rəqəmlərdə 70-80 faiz insanda burun çəpəri əyriliyi problemi olduğu bildirilir. Yəni heç də hər kəs estetik məqsədlə əməliyyat etdirmir.
Maraqlıdır, çəpər əyriliyinin çox olmasının səbəbi nədir? Travma almayan adamlarda da çəpər əyriliyi problemi niyə olur? Bütün çəpər əyriliklərində əməliyyata da ehtiyacı yoxdur. Bəs hansı halda əməliyyat edilməlidir? Bu istiqamətdə suallar çoxdur.
Səbəbləri
Lor-estetik-cərrah Pərviz Aslanov burun çəpəri əyriliyini yaradan səbəblərin müxtəlif olduğunu bildirdi: "İlk olaraq genetik faktoru qeyd etmək istərdim. Çünki anadangəlmə də bu problem olur. Amma bunun səbəbi tam məlum deyil. Genetik kodda olan fərqliliklər özünü büruzə verir. Bir də doğuş zamanı doğum kanalından keçərkən uşağın burnu travma ala bilər.
Burun çəpəri əyriliyinin əsas səbəblərindən biri travmalardır. Hər yaşda alınan travma nəticəsində burun çəpərində problem yarana bilir. Bəzən uşaq yıxılanda valideynlərin xəbəri olmadan burunda deformasiyalar əmələ gəlir.
Burun çəpəri sümük və qığırdaq hissələrdən ibarətdir. Boyatma və inkişaf zamanı qığırdaq və sümük hissələrinin inkişafı qaydasında getmədiyində, bu, burun çəpərinin düzgün formalaşmamasına səbəb olur. Bu da burun çəpəri əyriliyinin ən çox təsadüf edilən səbəblərindən biridir.
Eyni zamanda, burun polipləri, tez-tez təkrarlanan, uzun sürən zökəm xəstəliyi, uşaqların burnunda yad cismin uzun müddət qalması burun çəpəri əyriliyinə səbəb ola bilər".
Yeni dünyaya gəlmiş uşağın burnu enli olduğunda, "gündə bir neçə dəfə əlinlə burnunu sıx, enli olmasın" deyirlər. Bu uşağın burnuna hər hansı zərər vura bilərmi? Lor-cərrah Məzahir Quliyev deyir ki, uşaq anadan olanda, ola bilər ki, üzü üstə qalar, o vaxt da burun həssas olur, kənardan bir az enlənmə ola bilər. Bunu hiss edəndə əlinə dəstək olub bir az sıxa bilərsən. Amma uşağın burnu böyükdür, enlidir, əlinlə sıx düzəlsin, belə bir şey yoxdur".
Əməliyyat nə zaman zəruri olur?
Bəs hansı halda çəpər əyriliyi zamanı əməliyyata ehtiyac yaranır? Pərviz Aslanov bildirdi ki, əməliyyata ehtiyac olub-olmadığı müayinə zamanı müəyyənləşdirilir: "İlk olaraq burun daxilinə burun güzgünləri ilə baxılır. Buna rinoskopiya deyilir. Endoskopik müayinələr aparılır. Bəzən rentgen, kompüter tomoqrafiyasına da ehtiyac olur. Burunda hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya müayinəsi də aparıla bilər".
P.Aslanov deyir ki, müayinə etdiyi pasientlərin 70-80 faizində burun çəpəri əyriliyi müşahidə olunur. Ancaq onların böyük əksəriyyəti bu məsələ ilə bağlı şikayət etmirlər: "Burun çəpərinin nisbətən orta xətdən kənarda olması, ancaq pasientə heç bir problem yaratmaması əməliyyata əsas vermir. Burun çəpəri orta xətdən çox kənarlaşırsa, sağlamlıq üçün problem yaradırsa, əməliyyat zəruri olur. Məsələn, tez-tez təkrarlanan burun qanaxması ilə üzləşirlər. Burun çəpəri əyri olanda, bəzən burunda - xüsusilə əyrilik olan tərəfdə bir gərginlik olur. Bu da qanaxmaya səbəb ola bilər. Bu, daha çox yay aylarında özünü göstərir. Tez-tez təkrarlanan sinusit xəstəliyi, tək və ya hər iki tərəfli burun tutulmaları, üz bölgəsində, başda ağrıların olması, burun arxası axıntılar, xoruldama, iybilməmə və s. Eyni zamanda, yaşlı adamlarda bronxial astmaya, daha yaşlı şəxslərdə isə ürək və ağciyər xəstəliklərinin inkişafına səbəb ola bilər. Hətta otitlərin - qulaq xəstəliklərinin yaranmasında burun çəpəri əyriliyinin böyük rolu var. Burun tənəffüsü çətin olduqda məcburi olaraq ağızla nəfəs alırıq. Bu isə tez-tez təkrarlanan boğaz infeksiyalarına, boğazda qurumağa bağlı olan şikayətlərə, yuxu apnoyesinə səbəb olur. Bu kimi şikayətlər çox olanda, artıq əməliyyat zəruri olur. Bütün bunların müalicəsi cərrahi yolladır".
Çəpər əyriliyi problemində estetik əməliyyat zərurəti
Bəzən çəpər əyriliyi problemi olanlara həkim deyir ki, həm də estetik əməliyyat olmalıdır, əks halda nəfəsalmada problem tam aradan qalxmayacaq. Məzahir Quliyev bildirdi ki, bəzi çəpər əyriliklərində estetik müdaxilə mütləqdir: "Bəzən burun çəpəri elə əyilir ki, estetik olaraq burunda da əyrilik müşahidə edilir. Burnun ön tərəfində əyrilik varsa, ön tərəfdəki burun çəpərini düzəldəndə, estetik olaraq da müəyyən qədər düzəlmə baş verə bilər. Bəzən isə burunun xaricində elə deformasiya gedir ki, o, həm də nəfəsalmaya mane olur. Burun çəpərini düzəltsən də, həmin o xarici burunda olan deformasiya, əyrilik davam edirsə, onun payına düşən əyri hissə yenə də xəstəni narahat edəcək".
Burun balıqqulaqlarının hipertrofiyası
P.Aslanovun sözlərinə görə, əksər hallarda pasientlərdə burun çəpəri əyriliyi ilə yanaşı, aşağı burun balıqqulaqlarının hipertrofiyası da olur, bu isə insanın burunla nəfəs almasını daha da çətinləşdirir: "Burunla nəfəs alma insan üçün çox vacibdir. Burunun tənəffüslə yanaşı, müdafiə, qoxubilmə, rezenator (səsin əmələ gəlməsində iştirakı) funksiyaları vardır. Burunun girəcəyində olan xırda tükcüklər nəfəsalma zamanı ətrafda olan mikrobların orqanizmə daxil olmasının qarşısını alır. Eyni zamanda balıqqulaqlarının hesabına burunun içərisində turublent axın yaranır, hava burunda ləngiyir və balıqqulaqlarının içərisində olan qan damarları hesabına aldığımız hava orda isinir, soyuyur, nəmlənir və ağciyərlərimizə sankifiltr edilmiş hava göndərmiş oluruq. Beləliklə, isinmiş və nəmlənmiş ağciyərlərə gedən havanın içərisindəki oksigen daha yaxşı şəkildə qana keçir. Burunla nəfəs almaq vacib olduğu üçün bu cəhətdən problem olursa, biz pasientə septoplastika və aşağı burun balıqqulaqlarının ölçüsünün radiofrekansla kiçildilməsi əməliyyatını tövsiyə edirik. Bu əməliyyat 30 dəqiqə-1 saat ərzində keçirilir. Əməliyyat müasir üsullarla həyata keçirildiyi zaman buruna tampon qoyulmur və xəstə həmin gün evə göndərilə bilər".
Adətən, düşünürük ki, çox adam estetik əməliyyat üçün müraciət edir. Pərviz Aslanov bildirir ki, burnunu estetik əməliyyat etdirmək üçün gələn pasientlərlə çəpər əyriliyindən dolayı müraciət edənlərin faizi demək olar ki, eynidir: "Demək olmaz ki, hər kəs estetik əməliyyat üçün müraciət edir. Son illər burun çəpəri əyriliyi problemindən dolayı müraciət edən pasientlərin sayı xeyli artıb. Faiz demək olar ki, əlli-əlliyədir".
Burun çəpəri əyriliyi olanlara əvvəllər 17-18 yaşdan sonra əməliyyat məsləhət görürdülər, ancaq indi daha aşağı yaşlarda bu əməliyyatı etdirənlərə rast gəlirik. Məzahir Quliyev bildirdi ki, son zamanlar dünya alimlərinin yanaşması elədir ki, 6 yaşın üzərində uşaqda sağlamlığa problem yaradan çəpər əyriliyi varsa, əməliyyat etmək olar: "Bəzən sınma o həddə olur ki, sınıq hissə burunun bir tərəfini bağlayır, nəfəs almağa qoymur. Yaxud bir tərəfi bağlayır, o biri tərəfin də yarısını sıxır. Belə olanda yaş fərq etmir, bu cür vəziyyət varsa, əməliyyat olunmalıdır. Əks halda, uşaq inkişaf etdikcə üz skeletinin quruluşunu pozur. Uşağın psixikasına təsir edir, yaxşı yata bilmir".
Əməliyyatla bağlı diqqət ediləsi məqamlar da var
P.Aslanov bildirdi ki, çox vacib olduğu halda burun çəpəri əməliyyatı uşaqlar üçün də aparılır: "Estetik burun əməliyyatı rinoplastikadır, çəpər əyriliyi isə septoplastika. Hər iki əməliyyat eyni anda icra oluna bilər. Hər ikisi eyni vaxtda aparılırsa, buna septo-rinoplastika əməliyyatı deyilir. Əməliyyat adətən 16 yaşında icra olunur. Ancaq son dövrlər texnologiyanın inkişafı səhiyyəyə də öz təsirini göstərib. Məcburi vəziyyət olduqda əməliyyatı uşaq yaşlarda da edirik. Uşaq nəfəs ala bilmirsə, gecə xoruldaması çox olursa, boğulursa, əməliyyat zəruri olur. Uşaq demək olar ki, nəfəs ala bilməyəndə, ağzı uzun müddət açıq qalanda üz skeletində uzunsov formalaşma olur, çənə uzanır, gözlər çuxura düşür, dodaq-burun şırımı dərinləşir. Bu cür şikayətlər olanda uşaqları da əməliyyat edirik. Buna da pediatrik septoplastika əməliyyatı deyilir".
P.Aslanov bildirdi ki, bu əməliyyat icra olunan zaman diqqət ediləsi iki önəmli məqam var: burun çəpərinin proksimal və kaudaluclarında olan qığırdaqların qorunması və selikli qişanın (mukozanın) tamlığının pozulmaması. Bununla yanaşı, burun çəpərində lazım olandan artıq qığırdağın çıxarılması, estetik əməliyyatlar zamanı burunun yan divarlarının çox daralması və aşağı burun balıqqulaqlarının kəsilməsi yolverilməzdir.
P.Aslanov qeyd etdi ki, hər bir cərrahın ən önəmli vəzifəsi pozulmuş burun funksiyasını bərpa etməkdir. Estetik əməliyyat da önəmlidir, ancaq bu, ikinci planda yer almalıdır: "Daha gözəl görünmək üçün burun funksiyasını boş verməməliyik".
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 662   Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

"Estetik əməliyyatlara icazəsi olan 45 həkim var"

"Hazırda Azərbaycanda plastik və estetik əməliyyatlar aparmağa icazəsi olan 45 həkim var və onların siyahısı açıq şəkildə dəyişdirilib". KONKRET.azxəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. Nazi

Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri

Qış aylarının əvəzolunmaz içkilərindən biri olan cökə çayı təkcə gözəl qoxusu ilə deyil, həm də saysız-hesabsız sağlamlıq faydaları ilə seçilir. -a istinadən xəbər verir ki, əsrlər boyu mətbəxdə mühüm yer tutan cökə çay

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək. -a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib. "Son siqaret

COVID-dən daha təhlükəli — 2 günə öldürən virus sürətlə yayılır - Həkim danışdı

Koronavirusdan daha ağır fəsadlar törədən meningokok infeksiyası İngiltərədə 34 nəfərdə qeydə alınıb. İnfeksiyanın yayılma mexanizmləri isə suallar doğurur. Bəs dünyanı yeni karantin dalğası təhdid edə bilərmi?. Hadisə il

Qarını əritmək üçün ən yaxşı DİETA

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

İsti çay və şorbaların fəsadı – Xərçəng YARADA BİLƏR

Acılı və qaynar qidalara sevgi xərçəngə səbəb ola bilər. -a istinadən xəbər verir ki, onkoloq Maqomed Sulimanov niyə isti çaydan çəkinməli olduğumuzu izah edib. O qeyd edib ki, mədə və qida borusu xərçəngi dəhşətli onkoloj


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta kriminal cəbhədən son durum son xeberler bugun 2026 canli