Çexiya Rusiyanı ölkə üçün əsas təhlükə adlandırdı
Çexiyanın yeni müdafiə strategiyasında Rusiya ölkə üçün ən ciddi təhlükə adlandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çexiyanın "Seznam Zpravy" nəşri yazır.
"Yeni müdafiə strategiyası Rusiyanı Çexiya üçün ən ciddi təhlükə kimi müəyyən edir. Münaqişə baş verəcəyi təqdirdə, Çexiyanın müttəfiq qüvvələr üçün mühüm nəqliyyat arteriyasına çevriləcəyini nəzərə almaq lazımdır", – yazıda deyilir.
Nəşr bildirir ki, yeni strategiya Ukraynadakı münaqişəni tam nəzərə alıb.
"Çexiyaya və Aİ ölkələrindən hər hansı birinə hərbi hücum ehtimalı Soyuq Müharibədən sonra ən yüksək həddə çatıb.Çexiya müdafiə siyasətinin əsas vəzifəsi texnoloji cəhətdən inkişaf etmiş uzunmüddətli, yüksək intensivlikli müdafiə müharibəsinə hazırlaşmaqdır", – Müdafiə Nazirliyinin yeni müdafiə strategiyasının əsas müddəalarını əks etdirən sənədində qeyd edilir.
Yeni strategiyada göstərilir ki, Çexiyanın müdafiəsi yalnız peşəkar hərbçilər tərəfindən təmin edilə bilməz.
Ariz Həsənoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ