Ceyhun Bayramov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyasında çıxış edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov AŞ Nazirlər Komitəsində sədrliyinin müvəffəqiyyətlə başa çatması münasibətilə İtaliyanı təbrik edib və gələcək İrlandiya sədrliyinə dəstəyimizi ifadə edib.
Çıxışında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayan nazir sözügedən prinsiplərin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin əsası olduğunu qeyd edib.
XİN-in rəhbəri bölgədəki cari vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Hazırda iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən ardıcıl səylərin davam etdiyini bildirən nazir aprelin 6-da Aİ Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. Nazir sözügedən görüşün yekunlarına görə iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verildiyini, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını diqqətə çatdırıb.
Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini qeyd edib və AŞ Baş katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün təşkilini müsbət qiymətləndirib.
Azərbaycanın postmünaqişə dövründə üzləşdiyi problemlərdən olan mina təhlükəsi, 1990-cı illərin əvvəlində baş verən müharibə zamanı itkin düşən 4 000-dən çox azərbaycanlı barəsində bugünədək məlumatın olmadığına diqqət çəkən nazir Ceyhun Bayramov beynəlxalq birliyi regionda möhkəm sülh və sabitlik naminə bu problemlərin aradan qaldırılmasına fəal dəstək və töhfə verməyə çağırıb.
Azərbaycanın AŞ üzv dövlətləri və orqanları ilə əməkdaşlığa sadiq olduğunu qeyd edən nazir 2022-ci ilin aprelində AŞ Baş katibinin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu, AŞ 2022-2025-ci illərdə Azərbaycan üçün yeni fəaliyyət planının təqdim edildiyini və sözügedən planın birgə fəaliyyət üçün yeni zəmin yaratdığını vurğulayıb.
Çıxışın sonunda nazir İrlandiyanın gələcək sədrliyi dövründə də AŞ ümumi dəyərləri əsasında prioritetlərinə uyğun olaraq nəticə yönümlü əməkdaşlığımızın davam etdirəcəyini bildirib.
***
12:13
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya səfəri başlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat yayılıb.
C.Bayramov Avropa Şurası Nazirlər Komitəsinin İtaliyanın Turin iştirakında keçirilən 132-ci iclasında iştirak edir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun