Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTO

Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTOCeyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış edib.
azxeber.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov çıxışında BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq, təşkilatın 80 illiyi münasibətilə təbriklərini çatdırıb.
O, Azərbaycanın BMT-nin fəal və məsuliyyətli üzvü kimi qurumun əsas orqanlarında, o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunduğunu qeyd edib.
Nazir Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.
2026-cı ildə Azərbaycan iki mühüm BMT tədbirinə – BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin iqlim fəaliyyəti və davamlı urbanizasiya arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq Azərbaycanın yaşıl enerji keçidinə və qlobal iqlim diplomatiyasındakı aparıcı roluna sadiqliyini nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin Qlobal Gündəliyi ilə tam uzlaşaraq Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, rəqəmsal innovasiyaların tətbiqi, qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini qeyd edib.
2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb.
Nazir 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.
Nitqinin sonunda Nazir Ceyhun Bayramov tərəfdaşlığı gücləndirərək yeni əməkdaşlıq istiqamətlərini araşdırmağa və daha sülhsevər, ədalətli və dayanıqlı dünya qurmaq üçün birgə səyləri artırmağa çağırış edib.
Tədbirin yekununda 2026–2030-cu illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.
Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTO

Siyasi       Tarix: 25 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xabarlar son.xeber xeberler bu gun