Ceyhun Bayramov braziliyalı həmkarı ilə COP29-u müzakirə etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Kazan şəhərində keçirilən BRICS Zirvəsi çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə görüşüb.
Bu barədə KONKRET.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq istiqamətləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.
İki ölkə arasında mövcud siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti qeyd olunub.
Ölkələr arasında keçirilən siyasi məsləhətləşmələrin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.
Azərbaycan və Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə prioritetlərə uyğun olmadığı, bu xüsusda iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində mövcud imkanlardan istifadə olunmasının vacibliyi qeyd edilib.
COP29 çərçivəsində aparılan danışıqlar prosesi, irəli sürülən sədrlik təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov COP sədrliklərinin Üçlüyü ("Troika") formatında əməkdaşlığın prosesin davamlılığının təmin olunması istiqamətində əhəmiyyətini vurğulayıb. COP29 sədrliyimizin əsas prioritetlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin cəlbi istiqamətində əhəmiyyətli tərəqqinin əldə olunmasına dair ümidvarlıq ifadə edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub