Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.
Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

600-dən çox bal toplayanlar tibbə qəbul olunmayacaqlar? - RƏSMİ AÇIQLAMA
Makron üçüncü dəfə prezident olmaq istəyir, konstitusiya qadağasını təhqir edir – Qapalı söhbətlər üzə çıxdı
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar
Rusiya inadından dönmür - əsas şərt açıqlandı
Türkiyədən son dərəcə maraqlı ANONS – Azərbaycan və Ermənistan orduları…
"Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…"
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
Avqust pensiyaları ödənildi
Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?
620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?
"Barselona" ona görə 210 milyondan keçə bilər
Qubada zəlzələ oldu
18 yaşlı idmançı qəfil öldü
Kəlbəcərdə mina partlayıb