Ceyhun Bayramov İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşüb - FOTO
Ceyhun Bayramov İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə görüşüb - FOTO
Bu ilin 9 dekabr tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olmasından və işğal olunmuş ərazilərin aid olduğu əraziyə qaytarılmasından məmnun olduğunu bildirib və Azərbaycan Respublikası hökumətinə və xalqına tərəqqi və inkişaf yolunda uğurlar arzulayıb.
Əli Şamxani İran və Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, birgə layihələrin başa çatdırılması və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının ciddi səylər tələb etdiyini bildirib.
Nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın haqq mövqeyinə dəstəyini və bu xüsusda nümayiş etdirdiyi prinsipial siyasəti məmnunluqla qeyd edib.
O, iki ölkə liderlərinin ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunaraq, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."