Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTO

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTOCeyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, diplomatik fəaliyyətinin son günlərində olan İran səfiri ilə görüşdən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov iki dövlət arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından razılıqla bəhs edib. Bu münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsindən danışan nazir, hazırda hər iki dövlətin rəhbərləri səviyyəsində əməkdaşlıq münasibətlərinin inkişafına diqqətin göstərildiyini qeyd edib.
Ceyhun Bayramov, eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında münasibətlərin inkişafının və qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib. O, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən mövqeyini yüksək qiymətləndirib. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat hadisəsi ilə əlaqədar İran dövlətinin ədalətli mövqeyinin ifadə edilməsinə görə səfirə təşəkkür bildirilib.
Səfir Cavad Cahangirzadə nazir Ceyhun Bayramova Azərbaycan Respublikası Prezidentinin etimadının göstərilməsi münasibətilə təbrikini səsləndirərək, İran Xarici İşlər naziri Cavad Zərifin isti salamlarını Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Cavad Cahangirzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
O, səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini bildirib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Cavad Cahangirzadə pandemiya ilə əlaqədar İranın çətin günlərində Azərbaycan tərəfinin ölkəsinə verdiyi dəstəyin unudulmayacağını qeyd edib.
İranın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyi vurğulanıb, beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı İran tərəfindən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi başda olmaqla, Xarici İşlər nazirinin sözçüsü, İran parlamentinin deputatları səviyyəsində açıqlamaların verildiyi qeyd olunaraq, Azərbaycanın narahatlığının, həm də İranın narahatlığı olduğu dilə gətirilib.
Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Cavad Cahangirzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTOCeyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTO

Siyasi       Tarix: 28 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun