Ceyhun Bayramov Musalia Mudavadi ilə görüşüb

Ceyhun Bayramov Musalia Mudavadi ilə görüşüb3 iyun 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
XİN-dən azxeber.com-a verilən məlumata görə tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.
Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının saxlanılması, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının güncləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İqtisadiyyat, ticarət, investisiyalar və ətraf mühit ölçülərinə toxunularaq, informasiya və kommunikasiya texnologiyaları, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və turizm, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl transformasiya sahələrində əməkdaşlıq üçün böyük potensial və imkanların olduğu bildirilib.
Dövlət xidmətlərinin əlçatanlığının təmini və asanlaşlaşdırılması sahəsində Azərbaycanın unikal layihəsi olan "Asan Xidmət" ilə Keniyanın "Huduma Proqramı" arasında intensivləşən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Azərbaycan və Keniya arasında təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının xalqlarımızın bir-birini daha yaxından tanıması və anlamasındakı rolundan bəhs olunub.
Azərbaycan Respublikasının Keniyanın paytaxtı Nayrobi şəhərində Səfirliyinin rəsmi fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığımızın daha sistematik və əhatəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Siyasi       Tarix: 04 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri