Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşdü
Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşdü
Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prossesi" 9-cu Nazirlər Konfransı çərçivəsində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşü keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığı və bunun artıq öz əhəmiyyətli nəticəsini verdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Nazir Muxtar Tleuberdı hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Nazir Muxtar Tleuberdı iqtisadi sahədə əlaqələrin inkişafına toxunaraq, Qazaxıstan ilə Azərbaycan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iqtisadi əlaqələrin bütün sahələrini əhatə etdiyi vurğulayıb.
Nazirlər, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlərlə bağlı məlumat verib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına